Yuxarı

Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elşad Mirinin "İslamda yoxdur!" kitabının məhkəmə qərarı ilə qadağan edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir və dövlətin cəhalətin, xurafatın qarşısında geri çəkilməsi kimi anlaşıla bilər.

Kult.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib. O, dini maarifçiliyi təbliğ edən kitabların qadağan edilməsinin daha təhlükəli vəziyyət yarada biləcəyini deyib:

“Bəli, islamda siğə, seyidlik, özünə fiziki əzab vermə mərasimləri, eləcə də indiyədək yaşatdığımız bir çox axmaq, səfeh adətlərin heç biri yoxdur. Bunu yazanda nə olacaq? Beş-on nəfər qaragüruhçu qalxıb deyəcək ki, bəs indiyədək yaşamışıq, qoyun, olduğu kimi dinimizi “islam” adı ilə yaşayaq. Yoxsa dövlətdən inciyərik. Bir azdan Cəlil Məmmədquluzadənin "Ölülər"i də, Seyid Əzimin, Sabirin şeirləri də bu cür qərarlarla dərsliklərdən çıxarılacaq ki, bəs onlar da xalqımızın tarix boyu yaşadığı "din"i ələ salıblar. Əksinə, dövlətimiz maraqlı olmalıdır ki, islam dininin cəhalət, xurafat, yobazlıq, qatillik formatları ortadan qalxsın, bu uydurulmuş islam, modern dünyəvi dövlət modelimiz üçün təhlükəyə çevrilməsin. Bunun üçün isə dövlət sağlam dini maarifçiliyi ehtiva edən kitabların nəşrini, televiziya proqramlarını, məqalələrin yazılmasını stimullaşdırmalıdır. Bu qərar az-çox maarifçilik fəaliyyəti ilə məşğul olan yaradıcı insanların da əl-qolunu bağlayacaq və ölkəmizdə cəhalətin, xurafatın, başqa ölkələrin dini ideologiyasının yayılmasına daha çox imkan yaradacaqdır”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Mirinin "İslamda yoxdur!" adlı kitabı məhkəmə qərarı ilə qadağan edilib.

Tarix
2018.09.19 / 11:49
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla