Yuxarı

Bu sözün arxasından qaçıram - Anar

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ildən çoxdur diabet xəstəsiyəm. Ötən il də ürəyimdən əməliyyat olunmuşam. Həkimlər çox gəzməyi məsləhət görsələr də, buna imkanım, vaxtım olmur. İndi özümü normal hiss edirəm. 80 yaşım var və bu, az ömür deyil. Ancaq bir istəyim odur ki, Allah mənə 5 il, çox səxavətlidirsə, 10 il ömür versin ki, planlarımı həyata keçirim.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Tibb qəzeti”nə səhhəti, yaradıcılığı ilə bağlı geniş müsahibə verərkən bildirib.

Yazıçının sözlərinə görə, bir vaxtlar işlətdiyi ifadə ilə gənc yazarların xətrinə dəydiyi üçün bu onu narahat edib:

“Bir dəfə demişdim ki, əgər 60-cı illər ədəbiyyatın qızıl dövrü idisə, indi “qızılca” dövrüdür. Gənclər bu sözümdən incimişdilər. Qəbul edirəm ki, bu, bir az ifrat sözdür və mən bu sözün arxasından qaçıram. Çünki gənclər arasında çox istedadlı yazıçılar, şairlər, nasirlər də var. Amma hələ 60-cı illərdə yaranan ədəbiyyat səviyyəsində əsərlər yazılmayıb”.

Xalq yazıçısı təəssüflə bildirib ki, bu gün cəmiyyətin əsas fiqurları ziyalılar yox, şou ulduzlarıdır. İndi müğənnilər yazıçıdan, şairdən çox qazanır:

“Bir zamanlar ən populyar, ən imkanlı adamlar şairlər, yazıçılar, alimlər idi. Çünki əsərlərimizə görə yüksək qonorar alırdıq. İndi Yazıçılar Birliyinin bütün üzvlərinin qazandığından daha artığını hansısa bir müğənni cəmi bir ayda toyda qazanır. Televiziyalar da həmin müğənniləri, dedi-qodu edənləri təbliğ edir, ədəbiyyatı yox. İnsanların marağını belə şeylərə yönəldirlər. Bu, xalqın əxlaqını pozur, bayağılığa alışdırır, mənəvi aşınma gedir. Əvvəllər ziyalı sözü dəyərli idi. Bu gün elə deyil”.

Tarix
2018.11.24 / 11:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla