Yuxarı

Bağırov məktubu oxuyub, “onu tapın” dedi - Mərhum şair

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mərhum şair İlyas Tapdığın doğum günüdür.

Kult.az xatırladır ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin Dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şeiri ilə başlayıb. O, "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində Gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və İnkişaf agentliyində müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.

İlyas Tapdıq Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda (1979) keçirilən tədbirlərdə iştirak edib.

Onun uşaq şeirləri təkcə Azərbaycanda deyil, postsovet məkanında, eləcə də Avropanın bir çox ölkələrində böyük maraqla qarşılanıb, kitabları Rusiyada milyon yarım, Estoniyada, Çexoslovakiyada 100 min tirajla nəşr olunub.

İlyas Tapdıq “Kəndimizin çobanı”, “Bulaq başında”, “Gözlər”, “Arxalı dağlar”, “Bir eşqin şimşəyi”, “Əksim və qəlbim”, “Meşənin mahnısı”, “Xoruz və siçan”, “Özümlə görüş“, “Nağıllı ağaclar“ və başqa kitabların müəllifidir.

O, Azərbaycanın görkəmli şairləri – Rəsul Rza, Səməd Vurğun, Məmməd Araz, Osman Sarıvəlli, Hüseyn Arif kimi qələm adamları tərəfindən yüksək qiymətləndirilib.

İ.Tapdıq müsahibəsində müxtəlif şairlərlə, siyasilərlə bağlı maraqlı xatirələr danışıb. Onlardan biri də Azərbaycan Kommunist Partiyası MK-nin I katibi Mircəfər Bağırov haqdadır:

“Mircəfər Bağırovun vaxtında məktəbi bitirib sənədlərimi ali məktəbə verdim, elə birinci il qəbul olundum. Mənim bir dostum vardı, ali məktəbə qəbul ola bilmədi, Bağırova məktub yazdı ki, atam mənə ərəb əlifbasını öyrədib, molla eləmək istəyir. Qəbul ola bilməsəm, molla olacağam. İki cavan qoşalaşdıq, məktubu gətirib verdik Bağırovun evinin qabağında duran milisə. Məktubu şəxsən özü oxumuşdu, üç gün sonra göstəriş verib ki, o uşağı təcili tapın, universitetin ərəb şöbəsinə qəbul eləyin. Elə də oldu! Onu həmin şöbəyə qəbul etdilər”.

Qeyd edək ki, şair 2016-cı il dekabrın 25-i Bakıda vəfat edib və Badamdar qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.

Tarix
2018.11.30 / 15:36
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla