Yuxarı

"Türk dünyası" təqdim edildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında bu elmi müəssisənin 2018-ci ildəki nəşrlərinin və Milli Məclisin deputatı Cavanşir Feyziyevin 5 cildlik “Türk dünyası” kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, iclasda Tarix İnstitutunun 2018-ci ildə gördüyü işlər barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov elmi müəssisənin Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Bolqarıstan, Albaniya, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq etdiyini deyib: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib. Bu günlərdə Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi açılıb”.

İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda və bölgələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib. İnstitut əməkdaşları Moskva, Roma, Paris və Berlində Cümhuriyyətə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

Yaqub Mahmudov qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə hər il Azərbaycanda dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları keçirilir. İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq bu il institut Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans təşkil edib.

İclasda bildirilib ki, 2018-ci ildə Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub. Bu il “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (ingiliscə), “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” (ingilis və rus dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (gürcü dilində), “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (türkcə), “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü”, “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (erməni və fars dillərində) və digər kitablar nəşr olunub.

Tədbirdə Cavanşir Feyziyevin “Türk sivilizasiyasının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “Türk dünyasının tarixi şəxsiyyətləri” cildlərindən ibarət “Türk dünyası” kitabı iştirakçılara təqdim olunub.

Qeyd edilib ki, “Türk dünyası” kitabı Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Nəşrin elmi redaktorları akademik Yaqub Mahmudov və professor Fərman İsmayılovdur. Birinci cilddə türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. İkinci cilddə türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolundan bəhs olunur. Sonrakı cilddə türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları və vilayətləri haqqında məlumatlar yer alıb. Dördüncü kitabda türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialları və perspektivləri haqqında konkret informasiyalar verilir. Sonuncu kitabda isə türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur.

C.Feyziyev çıxışında bildirib ki, türk sivilizasiyası ən qədim zamanlardan müasir dövrümüzədək dünya tarixinə böyük töhfələr verən şəxsiyyətlər və planetin siyasi coğrafiyasını dəyişməyə qadir fatehlər yetişdirib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, şöbə müdirləri Kərim Şükürov və Şahin Fazil tariximizlə bağlı aparılan elmi araşdırmalara dair fikirlərini bildirib, təqdim olunan kitabların əhəmiyyətindən bəhs ediblər.

Tarix
2018.12.08 / 00:13
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla