Yuxarı

Markes: “Dostlarım imkan vermədilər” - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il aprelin 17-də 87 yaşında vəfat edən Qabriel Qarsiya Markesin müsahibələri, fikirləri, əsərləri bu gün də maraqla oxunur.

Axar.az ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin müsahibəsini təqdim edir:

Onlar məni yalnızlıqdan qorudu...

- Yazıçı yalnızlığı dediyimiz necə bir hissdir?

- Yazıçının yalnızlığı gücün ona verdiyi yalnızlıqdır. Yazarın reallığı təsvir etməsi onu bu gerçəkliyin ən dərin yerlərinə aparır. O, bundan sonra reallığın dərinliklərində yalnız qalır. Lakin jurnalist fəaliyyətim məni bu yalnızlıqdan həmişə dartıb-çıxarıb. Bəlkə elə buna görə də jurnalistikadan uzaqlaşa bilmədim. Çünki bu sənət mənim həyatla bağlarımı qoruyub saxlayırdı. Çox qəribə hisslər idi. Bu, yazıçı yalnızlığı deyildi. Bu, gücün, şöhrətin insana gətirdiyi yalnızlıq idi. Bəlkə də bu yalnızlığa girsəydim, orada azıb qalardım, amma dostlarım buna imkan vermədilər. Onlar məni yalnızlıqdan qorudu, daim yanımda oldular.

- Özünüzə necə dostlar seçirsiniz?

- Həyatım boyunca eyni insanlarla dostluq etmişəm. Heç vaxt köhnə dostlarımla münasibətlərimi kəsməmişəm. Çünki həmin dostlar insanın gərək duyduğu insanlardır.

Mənim yuxularım çox zəifdir

- Sizə görə yazmaq nədir?

- Fikrimcə, yazmaq həqiqətən də çətin bir işdir. Çünki diqqət tələb edən bütün işlər çətindir.

- İlham almaq üçün yuxular önəmlidirmi?

- İlk vaxtlar gördüyüm yuxulara çox önəm verirdim, lakin sonra dərk etdim ki, həyatın özü elə ən böyük ilham qaynağıdır. Röyaları həyatın bir hissəsi olaraq görürəm. Bəlkə də mənim yuxularım çox zəifdir (gülür).

Əgər yazmağa davam etmək istəyirsənsə...

- Yazıçının çox gənc yaşda uğur və məşhurluq əldə etməsi zərərlidirmi?

- Məşhurluğun bütün yaşlar üçün yaxşı bir şey olmadığını düşünürəm. Kitablarım mən öləndən sonra tanınsaydı, bu məni daha xoşbəxt edərdi.

- Nəyə görə yazıçılar məşhur olmağı sevmirlər?

- Çünki məşhur olmaq insanın özəl həyatına çətinliklər yaradır. Məşhurluq səni dostlarından oğurlayır, vaxtını israf edir. İnsanı gerçək dünyadan olmayan bir dünyaya aparır. Əgər yazmağa davam etmək istəyirsənsə, məşhur olmaqdan özünü qorumalısan.

Tarix
2016.01.08 / 20:19
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla