Yuxarı

Fikrət Qoca Koreya liderinə şeir yazdı - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun elədikləri böyük faciəyə gətirib çıxara bilər.

Bu sözləri Axar.az-a xalq şairi Fikrət Qoca Şimali Koreya lideri Kim Çen İnə yazdığı şeirdən danışarkən deyib.

Şair insanların öldürülməsinə etiraz edib: "Dünyada Əsəd kimi, Qəzzafi kimi çox diktatorlar olub. Amma onlar yalnız öz xalqlarına qarşı təhlükədirlər. Kim Çen İn isə dünyaya qarşı böyük bir hədədir. Ümumiyyətlə, harada nüvə silahı varsa, oranın başında başı çatmayan bir lideri varsa, deməli, təhlükə var.

Anton Çexov deyirdi ki: "Əgər bir səhnədə silah varsa, həmin silah mütləq ikinci səhnədə partlayacaq". Dünya çarəsiz xəstəliklərə dərman tapacağı təqdirdə, bunlar daha çox insanlar ölsün deyə, kəşflər edir. Bu şeirimi bir etiraz kimi yazmışam".

Xalq şairinin "Nüvə sınağına yox" şeirini təqdim edirik:

Allah tozanağı yoğurdu-yapdı,
Kainat qoynunda cənnət yaratdı,
Bizi də cənnətin qoynuna atdı.
Sonra nə eylədik, biz eylədik, biz!
Göz açdıq, nə gördük, söz eylədik biz.
Zəmzəm suyumuzu buz eylədik biz.
Yorduq torpaqları duz eylədik biz,
Bu xaos dünyada meydan sulasa,
Cənnəti yenidən toz eylərik biz!

Tarix
2016.01.09 / 13:48
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla