Yuxarı

Emin Sabitoğlu sovet milislərini necə ələ salırdı?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın mərhum bəstəkar, bütün SSRİ-nin tanıdığı xalq artisti Emin Sabitoğlu haqqında xatirələrini təqdim edirik:

Ən məşhur mahnılar necə dəyişdi?

"Gün keçdi" filmi üçün Vaqif Səmədoğlunun sözlərinə yazılmış mahnının ilkin variantı belə idi:

"Bir axşam taksidən düşüb payıza

Bilmədik haraya, hayana gedək

Dərin sularını qatıb dayaza

Dəniz də bağlandı yay kinosutək"

Kinonun o zamankı rəhbərliyi "Dəniz də bağlandı yay kinosutək" misrasına qəti etiraz etdi. Çünki rəhbərlik elə düşünürdü ki, müəllif o sözlərlə kinoteatrların planı doldura bilməməsinə ehyam vurur. Hər halda gözəl bir mahnını itirməmək üçün sözləri dəyişməli olduq. Son iki misra dəyişildi və bu misralarla əvəz olundu:

"Bahar həsrətiylə payız axşamı

Yenə həzin-həzin titrədi ürək"

***

Radionun rəhbəri "Sən uzaq yaşıl ada" mahnısını efirə buraxmaq istəmirdi. Eminlə Vaqifə göz vuraraq, "Lotular, bilirik də nə demək istəyirsiniz, "uzaq yaşıl ada" deyəndə haranı nəzərdə tutursunuz".

"Haranı?" deyə soruşduqda isə radionun rəhbəri təlaşla o tərəf-bu tərəfə baxdıqdan sonra boynunu qısaraq, "Əlbəttə, Türkiyəni", - deyirdi.

Bütün bunlar Eminlə Vaqifi çox hirsləndirirdi...

Emin Sabitoğlu milisləri necə ələ salırdı?

Eminin çox özünəməxsus yumoru var idi. Hamıya çatmazdı. Rəsmilərin iştirak etdiyi bir toplantıya gələndə milislərin necə ora-bura vurnuxduğunu görən Emin onlardan birinə yanaşır. Ağlına gələn bir soyadı, məsələn, Kərimov soyadını soruşur. Soruşur ki, yoldaş Kərimov gəlib? Milis maddım-maddım ona baxanda Emin eyni ciddiliklə: - gözdə qulaqda olun, indilərdə gələcək-deyib uzaqlaşdırdı. Milislər də bu müəmmalı "göstəriş"i bir-birilərinə yetirirdilər.

Amaliya Pənahovanın şlyapası üçün 5 manat

Zaqatalada yaradıcı gənclərin seminarı keçirilirdi. Elə orada artırmada dayanmışdıq, toplaşanlar qarşısında bir-bir çıxış edirdik. Növbə Amaliya Pənahovaya çatdı. Amaliya xanımın başında iri şlyapa var idi. Mikrafona gedəndə şlyapasını Eminə verdi. Emin mənə dönüb: - Beş manat ver, verim bu şlyapanı sən saxla", - dedi...

Anar Emini bu cür qurtardı

Bir yay günü Eminlə Vaqif Buzovnadakı bağımıza qonaq gəlmişdi. Çimərliyə getdik. Bir də gördüm Emin sularda çabalayır, məni çağırır. Mən də elə mahir üzgücü deyiləm. Amma özümü suya atdım, Eminə tərəf üzdüm. Emin hər iki qolumu tutmuşdu buraxmırdı. Deyirdim ki, heç olmasa bir qolumu burax ki, üzə bilim. Sahildən çox uzaqda deyildik. Birtəhər üzüb çıxdıq. Emin yaman halda idi, özünə gələ bilmirdi. Bir az toxtayandan sonra: - Məni qurtardın, gərək bu gün sizi İnturistə aparım, - dedi.

Razılaşdıq. Amma bağ evinə gələ-gələ Emin sakitləşirdi. Evə çatanda "Yaxşı deyil, Nigar xala yemək hazırlayıb. İnturist qalsın ayrı vaxta" dedi.

Qeyd: Materialın hazırlanması zamanı Südabə Sərvinin Emin Sabitoğluna həsr etdiyi "Bu dənizi gözü yaşlı sənsiz" əsərindən və "Ədəbiyyat və incəsənət" qəzetindən istifadə edilib.

Moderator.az

Tarix
2016.01.12 / 16:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla