Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2018


“Mircəfər darıxdı, dedi: “Poexali, postrelyaem” - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun oğlu şair, dramaturq Vaqif Səmədoğlunun anım günüdür.

Axar.az xatırladır ki, Vaqif Səmədoğlu 5 iyun 1939-cu ildə Bakıda anadan olub. Bülbül adına musiqi məktəbində, daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

Xalq şairi Vaqif Səmədoğlunun "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra davamlı olaraq dövri mətbuatda çıxış edib.

O, həm ədəbi aləmdə, həm də siyasi sferada böyük nüfuza malik idi. İki dəfə - 2000 və 2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilən Vaqif Səmədoğlu siyasi xadim kimi də sevilirdi.

Onun şeirlərinə "Uzaq yaşıl ada", "Düşürsən yadıma", "Bir axşam taksidən" kimi mahnılar bəstələnib. Ssenariləri əsasında "Yaşıl eynəkli adam", "Bəxt üzüyü", "Xəzinə" və başqa ekran əsərləri lentə alınıb.

Vaqif Səmədoğlu atası ilə bağlı danışarkən onun öz həyatında mühüm rol oynadığını deyirdi:

"Atam Səməd Vurğun mənim həyatımda mühüm rol oynayıb. Əgər onun oğlu olmasaydım, Stalini 1952-ci ildə Kremldə yolka bayramında 6 metrdə canlı görəcəkdim? 1951-ci ildə mən 1 günümü Mircəfər Bağırovla keçirmişəm. O, Cıdır meydanında, hökumət tribunasında məni gördü. Soruşdu ki, "tı çey", yəni kimin oğlusan? Dedim ki, Səməd Vurğunun oğlu. Bir az oturdu, sonra mənə dönüb "Ey, sın Samed Vurquna, idi suda", - dedi. Yanına gəldim. Dedi ki, "poexali na futbol". Bu futbola görə çox sevindim. Ona görə yox ki, Mircəfər Bağırovla futbola gedirəm. Ona görə ki, təzəcə Bakıya 001 nömrəsiylə bir ZİM maşın gəlmişdi, o da Mircəfər Bağırovda idi. ZİM maşınında özü arxada, mən qabaqda oturdum. Oradan gəldik futbola. Keçmiş "İnturist" mehmanxanasının, indi də yerində "Hilton" tikiblər, həmin yerdə stadion vardı. "Neftçi" hansısa komanda ilə oynayırdı. Necə mən Mircəfər Bağırovla tribunaya gəldim, hamı ayağa qalxır, mən də onun yanında bir gedirəm ki! Dünya ayağımın altındadır. Futbolda bir az oturduq, Mircəfər Bağırov yenə darıxdı. Dedi ki, "poexali, postrelyaem". Oturtdu məni ZİM-ə. İndi "Avropa" mehmanxanasının yerində də ovçular üçün atıcılıq stendi vardı, ora gəldik. Bir az orada atdıq. Sonra yemək gətirdilər. Bax burada mən həyatımın ən ağır xatirəsini danışmaq istəyirəm. Yeməyi gətirdilər. Mircəfər Bağırov mənə dedi ki, araq içirsən? Dedim ki, yox, Mircəfər baba. Dedi ki, içəcəksən, başından yekə danışma, atan içir, dayın Ağabəy küpünə girir. Yeri gəlmişkən, vaxtilə dayım Ağabəylə Mircəfər Bağırov Həştərxanda bir yerdə olublar. Səməd Vurğunun tutulmamasında da deyirdilər ki, Ağabəy dayımın dostu olması rol oynayıb".

Qeyd edək ki, xalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib.

Tarix
2016.01.28 / 16:55
Müəllif
Aytac Qədirova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Vəzifədən çıxarılan Elçindən - İlk açıqlama

O verilişə görə yasda məni öldürəcəkdilər... - Qulu Ağsəs

Güney Azərbaycanın faciəsi - Gizlədilən tarix

Tənqidçidən Almas İldırımı kafir sayan müəllimə - Cavab

Leyla Əliyeva Xan qızı Natəvan kimi... - Əkbər Həmidi

Azərbaycan-Türkiyə arasında sənədlər üzə çıxdı - İlk dəfə

Şəhriyarın büstü dağıdıldı: etiraz başladı - Foto

Zəngəzur Ermənistana necə birləşdirildi? - Foto

Jirinovskidən “möhtəşəm” təklif: Yaza bilmirlər, həbs edək

Nazarbayev yeni qazax əlifbasını necə öyrəndiyini açıqladı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla