Yuxarı

Deputat: "Xammal satışa deyil, istehsalata yönəldilməldir"

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daxili istehsal bazarınının qorunması üçün ilk növbədə süni qiymət artımının qarşısı alınmalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Hüseynov bildirib ki, daxili bazarın qorunması üçün daxili potensialdan və xammaldan maksimal şəkildə istifadə etmək lazımdır: "Bunun üçün isə yerli xammalı satışa deyil, istehsalata yönəltmək lazımdır. Yerli xammalla əmtəələrin istehsalı təmin olunmalıdır. Prezident İlham Əliyevin iqtisadi strategiyasının ən başlıça məqsədi ölkə iqtisadiyyatının şaxələndirilməsi və iqtisadiyyatın neft amilindən asılılığının tamamilə aradan qaldırılmasıdır. Bunun üçün isə kənd təsərrüfatı, sənaye, turizm sahəsi inkişaf etdirilməlidir. Eyni zamanda, ölkənin ixrac potensialının daha da gücləndirilməsi, idxaldan asılılığının azaldılması, rəqabətqabiliyyətli malların istehsal olunması da vacib amil olmalıdır".

A.Hüseynov vurğulayıb ki, ölkənin ərzaqla təminatı 100 faiz daxili bazar hesabına olunmalıdır.

Azərbaycanda çox böyük sənaye komplekslərinin yaradılmasının əhəmiyyətindən danışan deputat qeyd edib ki, ölkəyə xarici valyutanın gətirilməsi üçün rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalının artırılması ən mühüm addımlardan biri olmalıdır.

Tarix
2016.10.08 / 20:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla