Yuxarı

BBC-dən Qarabağ tarixçəsi - Fotoqalereya

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fotoqalereya: Dağlıq Qarabağı tərk edənlər...

Axar.az xəbər verir ki, BBC-nin rus xidmətinin saytında Bakıda məskunlaşdırılan Dağlıq Qarabağ məcburi köçkünlərindən söz açan fotoreportaj belə adlanır. Hər bir foto fikir və düşüncələrini, qayğı və ümidlərini bölüşən məcburi köçkünlərin həyat tarixçəsi ilə müşayiət olunur.

Əlli beş yaşlı Roza Nağıyeva qızı və nəvəsi ilə birlikdə Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır. 1992-ci ilin fevralında erməni silahlı dəstələrinin Xocalıda yüzlərlə dinc sakini qanına qəltan etdiyi qırğından qaçıb Bakıya gəliblər. Roza deyir ki, meşədə daldalanmalı olub, ayaqları donub. Bu hadisədən sonra beş il ayaqqabı geyinə bilməyib.

Yataqxananın qarşısında oturan qocalar artıq 20 ildən çoxdur ki, Bakıda yaşayırlar. Amma yenə də evlərinə, Qarabağa qayıtmaq arzusundadırlar. Səksən yaşlı Həmzə Təhməzov (ortada) deyir: "Kimi cinayət törədib həbsxanaya düşür, biz isə artıq uzun illərdir həbsxanada yaşayırıq". Doxsan iki yaşlı Şükür Quliyev (soldan ikinci) deyir ki, yataqxanadakı bu otağı ona 1990-cı illərin əvvəlində Təhsil Nazirliyi verib: "Burada da pis deyil, yaşamaq olar, amma bütün xəyallarımız və arzularımız doğma yurdumuzla bağlıdır".

Aida Atakişiyeva artıq 23 ildir Binəqədi rayonunda ev kirayə edir. Evindən didərgin düşəndə 27 yaşı olub. O deyir ki, ev-eşiyindən uzaqda yaşamağın ölümdən bir o qədər də fərqi yoxdur: "Uşaqlarının istədiklərini onlara verə bilməmək çox ağırdır. Hər şey yaxşı idi, amma yurdumuzdan qopub düşdük və hələ də həyatın dibindəyik".

Xocavənddən (Ermənistanda bu şəhəri Martuni adlandırırlar) qaçanda 29 yaşlı Vüsalə Əliyevanın altı yaşı olub. O, iki övladı ilə birlikdə yaşadığı kiçicik otağı göstərir. Otaq o qədər kiçikdir ki, hərəkət etmək mümkün deyil. Dolabdakı nəm pal-paltar burada rütubətin səviyyəsindən xəbər verir. Vüsalə rütubət qoxusunu pəncərələri açıq saxlamaqla təmizləməyə çalışır. Uşaqlarını isə qonşularının evində yatırdır.

Qonşuları – İsmayılovlar ailəsi Ağdamdandır. İki oğlan övladını bir otaqda böyütməyin nə dərəcədə çətin olduğundan danışan ev sahibəsi deyir: "Qaçmaq məcburiyyətində qalanda doqquzuncu sinifdə oxuyurdum. İndi 40 yasındayam. Yır-yığışımız da, biş-düşümüz də, yaşayışımız da bu otaqdadır. Evin kişisi ilə küsüb-barışmağımızda elə bu otaqda, uşaqların gözünün qabağında olur. Böyük oğlum artıq 10 yaşındadır. Kardioloq olmaq istəyir".

Əsgər İsmayılov da həmin yataqxanada yaşayır. Füzuli rayonundan olan məcburi köçkün çətinliklərdən danışmağı sevmir. O sual verir: "Bu barədə daha nə qədər danışmaq olar? Axı bu, kimə lazımdır?" Sonra belə şəraitdə iki uşaq böyütməyin çox ağır olduğunu əlavə edərək deyir: "Biz hər şeyimizi itirdik. Sərgərdan həyat hər şeyi məhv etdi. Uşaqlarım heç Füzulinin harada olduğunu bilməyəcəklər".

Altmış yaşlı Vidadi Əzizov da əslən Füzulidəndir. İndi o, Rəsulzadə qəsəbəsində fəaliyyətini dayandıran sanatoriyada yaşayır. Keçmişini xatırlayan zaman köks ötürərək deyir: "Doğulduğun yer həmişə müqəddəsdir". Vaxtilə ailəsinin özünü tam təmin etdiyini bildirən Vidadi kişi deyir: "Dükandan ancaq şəkər tozu alırdıq. Qalan hər şeyi özümüz hazırlayırdıq, hətta çörək bişirirdik. Burada isə hər şeyi itirdim. Uşaqlarım isə adət-ənənələrimizi itirdi. Ənənələrimiz, dünyaya baxışımız, hörmət-izzətimiz, məhəbbətimiz – hamısı itdi. Axı mühit məhəbbətə də təsir göstərir".

Altmış doqquz yaşlı Xanım Talıbova üç nəvəsi ilə birlikdə Binəqədi rayonunda əməkçilərin yataqxanasında yaşayır. Oğlu və üç nəvəsilə bir yerdə yaşadığı otağı göstərən zəngilanlı məcburi köçkün deyir: "Araz çayını keçən vaxtdan 25 ildən çox ötür. Heç nəyimiz qalmayıb". Daha sonra balalarının otağın hansı künclərində yatdığını göstərərək Zəngilandakı ikimərtəbəli evini və limon bağını xatırlayır.

Tarix
2016.06.21 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla