Yuxarı

“Rus Marşı”nda insident: qafqazlılar döyülür, həbslər var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün paytaxt Moskva da daxil olmaqla, Rusiyanın bir çox şəhərlərində keçirilən "Rus Marşı"nda incident yaşanıb.

Moskvada yaşayan soydaşlarımızın "Axar.az"a bildirdiyinə görə, küçələrdə yürüş edən aksiya iştirakçıları millətçi şüarlar səsləndirib, "Orxan Zeynalov olayını" xatırlatmaqla miqrantlara, xüsusilə azərbaycanlılara qarşı nifrət ifadə edən sözlərdən istifadə ediblər.

Rusiyada yaşayan soydaşlarımız bu barədə social şəbəkələrdə də məlumat yayıblar və aqressivləşmiş millətçilərdən ehtiyat etdikləri üçün, bu gün küçəyə çıxmadıqlarını bildiriblər.

Qeyd edək ki, "Rus Marşı"nın iştirakçıları arasında "nasist şüarları səsləndirdiklərinə, maska istifadə etdiklərinə, ictimai asayişi pozduqlarına və qadağan olunmuş işarələri plakatlarda çəkdiklərinə görə" polislər tərəfindən saxlanılıb. Rusiya mətbuatının yaydığı xəbərə görə, saxlanılanların sayı 30 nəfərdən çoxdur. Polisin millətçilərə qarşı müdaxiləsindən sonra qaçanlar da olub.

Hazırda yürüş başa çatıb və konsert gedir. Konsertdə minə yaxın adam var.

Bu arada "Yağış" telekanalının "Twitter"ində "Lyublino" metrosunun yaxınlığında qafqazlıları döyürlər.

Qeyd edək ki, tək Moskva yox, eləcə də Volqoqradda sırf sosial- siyasi məsələlərə aid şüarlar səsləndirəcəklərinə söz vermələrinə baxmayaraq, marşda "Rusiya ruslar üçün!" və hətta daha radikal zorakılığa çağıran şüarlar səsləndirilib, Volqoqradda olan bütün məscidləri bağlamağı tələb ediblər. Digər bir tələb isə miqrantları ölkədən çıxarıb, viza rejiminə keçmək olub.

Volqoqradda tutulan 2 nəfər artıq buraxılıb.

Tarix
2013.11.04 / 16:21
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla