Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Fevral 2018


AMM-dən Rusiya hadisələri ilə bağlı BƏYANAT

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi Rusiyada azərbaycanlılara qarşı son zaman baş verən olaylarla bağlı bəyanat yayıb.

Bəyanatda son günlər daha bir azərbaycanlının millətçilər tərəfindən döyülməsi, eyni zamanda Moskva şəhərində "Rus Marşı" adı altında millətçilərin mitinqinin keçirilməsinə münasibət yer alıb:

"Millətçilərin mitinqi və həmyerlimizin döyülməsi millətçilər tərəfindən aparılan siyasətin davamlı olacağını deməyə əsas verir. Azərbaycan Miqrasiya Mərkəzi (AMM) Rusiya Federasiyası ərazisində həmyerlilərimizə qarşı aparılan siyasətdən narahat olduğunu bildirir və müvafiq dövlət qurumlarını Azərbaycan Respublikasından kənarda yaşayan ölkə vətəndaşlarının müdafiəsi üçün öz öhdəliklərinə uyğun davranmağa çağırır".

AMM hesab edir ki, problemin tez bir zamanda həll olunması üçün Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, Azərbaycan Diaspora ilə İş üzrə Dövlət Komitəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların müdafiəsinin təmin olunması, onlara müvafiq sənədlərin alınmasında yardım edilməsi, Rusiya miqrasiya qanunvericiliyi barədə onlara ətraflı məlumat verilməsi, Rusiya Federasiyasında məskunalşan vətəndaşlarımızla baglı baş verənlər haqqında daha ətraflı məlumatların əldə edilməsi məqsədilə pulsuz xidmət göstərən "Qaynar xətt"in yaradılmasını təşkil etməlidir:

"AMM həmin layihənin həyata keçirilməsi üçün Azərbaycan hökümətinə dəstək verməyə, "Qaynar Xətt"i işçilərlə təmin etməyə hazır olduğunu bildirir.

AMM dünyada fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi təşkilatlarını, həmçinin beynəlxalq təşkilatları Rusiyada baş verən milli ayrı-seçkiliyə şərait yaradan hadisələri diqqət mərkəzində saxlamağa və Rusiya hakimiyyət nümayəndələrini azərbaycanlılara qarşı aparılan bu qeyri-qanuni münasibətlərə son qoyulması üçün tədbirlər görməyə çağırır".

Tarix
2013.11.05 / 09:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

MSK bu dairələrlə bağlı qərar verdi - Yeni tərkib

Elmar Məmmədyarov Hanla görüşdü: Qarabağ...

Rumın nazir müavini Kərimovdan danışdı - Video

MSK seçkilərlə bağlı iclas keçirdi: Bu şəxslər...

Prezidentin çağırışına dəstək: İrəvana qayıdış...

Bakıdan Afrin dəstəyi Türkiyədə gündəm oldu – Video

Bu hücuma nüvə zərbəsi ilə cavab verilə bilər – Aslanov işi

Türkiyənin ABŞ-dan yeganə istəyi… - Politoloq

Yıldırım Berlində, Tillerson Ankarada: nə baş verir?

ABŞ-ın ittiham elan etdiyi Ceyhun Aslanov kimdir?

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla