Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2018


Turqut Özalın Gülən haqda fikirləri – Heyrətamiz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra ABŞ-ın Pensilvaniya ştatına sığınan Fətullah Gülənin bütün mahiyyətini üz çıxaran faktlar sırasına biri də əlavə olunub.

Axar.az xəbər verir ki, Türkiyənin 8-ci Prezidenti Turqut Özalın Gülən barədə vaxtilə səsləndirdiyi heyrətamiz fikirlər yenidən gündəmə gəlib və böyük rezonans doğurub.

T.Özalın Gülənlə bağlı fikirlərini olduğu kimi təqdim edirik:

"Onu illərdir tanıyıram. İlk dəfə Dövlət Planlaşdırma İdarəsində görüşmüşdük. Daha sonra da bir neçə dəfə görüşmək istədi, ancaq bir neçə zəruri, rəsmi görüş istisna olmaqla, şəxsi görüşə razılıq vermədim.

Hyustonda müalicə alarkən məni ziyarət etməyə gəlmişdi, orada görüşdük. Məndə yaratdığı mənfi təəssürat ondan soyumağıma, hətta çəkinməyimə səbəb oldu. Çünki onun böyük bir ehtirasa sahib olduğunu aydın gördüm. Türkiyə ona kifayət etmir, o, bütün dünyanı ələ keçirməyə çalışır. Sonrakı illərdə əldə etdiyim məlumatlar bu fikrimi daha da qətiləşdirdi.

O, çox böyük ustalıqla yalan danışa bilir. Bu barədə onun ətrafında olanlardan güvəndiyim birinə danışdıqda, o, "Gülənin yalanı belə gözəldir" cavabını verdi və bu məni çox ürkütdü. Çünki bu şəxs ətrafında olan hər kəsi ovsunlayır və əsir alır.

Son görüşümüzdə üzümə xoş sözlər dedi, amma daha sonra eşitdim ki, arxamdan pis sözlər danışır və yazır. Mənim tanıdığım islam alimləri belə hərəkətlər etmir. O, dindən sui-istifadə edir.

Gülənin "Dünyanı düzəltmək üçün ona nəzarət etmək lazımdır" anlayışı mənə Hitleri xatırladır. Hitler yalnız orta məktəbi bitirmişdi, ancaq dünyanın ən böyük natiqlərindən biri idi. O, yüksək inandırıcılıq qabiliyyəti ilə almanları öz arxasınca apara bildi.

Fətullah Güləni də təhsil almadığına baxmayaraq, fövqəladə natiqliyi və inandırıcılıq qabiliyyətinə görə Hitlərə bənzədirəm. Hitler millətçi idi, Gülən isə öz amalları üçün dindən sui-istifadə edir. İnşallah, mənim bu fikirlərim yalan olar".

Tarix
2016.08.01 / 13:42
Müəllif
Aqşin Evrən
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ərdoğan Qarabağ bağlı Putini inandırmağa çalışır - Rus xəfiyyə

Bakı-Tiflis-Ankara arasında növbəti hərbi sənəd... - Sixarulidze

Türk dövlətləri İzmir Bəyannaməsini qəbul etdi

Zakir Qaralov Monqolustan nümayəndə heyəti ilə görüşdü - Foto

İlham Əliyev 2 ölkə liderinə məktub ünvanladı

Bakı-Ankara-Tiflis birgə təlimlərinin hədəfi - Şərh

Türk və gürcü generallarını Bakıya gətirən – Səbəb

Vaşadze seçilərsə, Bakı ilə əlaqələr... - Şaşkin

İvanişvili azərbaycanlılara nələr söz verdi, nələr etdi?

Generallar Bakıda: görüşün məqsədi.. – Nazir açıqladı

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla