Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
08:30
Ana səhifə Gündəm |
Türkiyə neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması üçün yeni sistem hazırlayıb.
Axar.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yeni sistem "Midas" adlanır. Sistem fiber-optik sensorlar hesabına boru kəmərlərinin 50 kilometrliyindəki istənilən kiçik aktivliyi qeydə ala biləcək. Məhz bu sistem vasitəsilə BOTAŞ şirkətinə məxsus kəmərlərin mühafizə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə PKK terror təşkilatı dəfələrlə Türkiyədən keçən neft və qaz kəmərlərinə hücum edib. PKK-nın hücum etdiyi kəmərlər arasında Bakı-Tiflis-Ceyhan da var.
Tarix
2016.08.01 / 17:38
|
Müəllif
İlkin Həsənov
|