Yuxarı

Mərakeş Azərbaycanı dəstəkləyir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 1-də Mərakeşin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edib.

Axar.az xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycanın və Mərakeşin dövlət himnləri səslənib.

Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami qəbulda çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, Kral VI Məhəmmədin hakimiyyəti illərində Mərakeşdə siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat Azərbaycan ilə Mərakeş arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirərək ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində inamla irəlilədiyini deyib. Hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edən səfir həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini vurğulayıb.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaranması tarixindən danışıb. O, iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlərin Azərbaycan-Mərakeş əməkdaşlığının daha da inkişafına mühüm təkan verdiyini vurğulayıb. Nazir əminliklə bildirib ki, ölkələrimiz arasında ənənəvi dostluğa, qarşılıqlı etimada, dəstəyə və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcək.

Tarix
2016.08.01 / 21:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla