Yuxarı

Sabir nazir müavini: “Zakir Həsənov onları uzaqlaşdırmalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə nazirinin şəxsi heyətlə iş üzrə sabiq müavini, 1999-cu ildən ehtiyyatda olan polkovnik Mehman Səlimov prezident İlham Əliyevin sərəncamı ilə Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən azad olunması və onun yerinə Zakir Həsənovun təyin edilməsi məsələsinə münasibət bildirib.

Sabiq nazir müavini "Publika.az"a söyləyib ki, yeni Müdafiə naziri peşəkar hərbiçidir, Almaniyada nümunəvi kurs keçib: "Mən onu ilk dəfə Sərhəd Qoşunlarında olan vaxt görmüşəm. Zakir Həsənov müxtəlif pillələr keçib.

Onun Daxili Qoşunlarda yaratdığı yüksək nizam-intizam və qayda-qanun hər kəsə bəllidir. Hesab edirəm ki, əgər Zakir Həsənov indiki kimi kadr islahatlarını sonadək apara və bir neçə əsas adamı da oradan uzaqlaşdıra bilsə, o zaman orduda yüksək nizam-intizam yarada biləcək. Amma hazırda Müdafiə Nazirliyində bəzi adamlar var ki, Zakir Həsənovun işinə əngəl törədə bilər.

Zakir Həsənovun ətrafında ona əngəl yara bilən adamlar var. İlk növbədə həmin adamlar kənarlaşdırılmalıdır. Orduda "filankəsin adamı" məsələsi olmamalıdır, vicdanlı və peşəkar hərbiçilər önə çəkilməlidir. Ordunun siyasi bağlılığı olmamalıdır.

Azərbaycanda Ali Baş Komandan var və hər kəs Ali Baş Komandanın qərarlarını tərəddütsüz icra etməlidir. Türkiyə Silahlı Qüvvələrini də nümunə kimi götürmək olar. Çünki Türkiyə Silahlı Qüvvələrində əmr verildisə, o, kiminsə həyatı bahasına olsa belə icra edilir. Əmr gəldisə, burada cavabdeh əmr verən olur və bütün məsuliyyəti də əmr verən daşıyır. Digərləri əmri icra etməlidir".

Tarix
2013.11.05 / 14:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla