Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


Güc strukturlarımızın nurçularla bağlı qərarı var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər gündəmdə olan mözvulardan biri də Fətullah Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlıdır.

24 deputatımızın həmin dini cərəyandan olmasının iddia edildiyi bir zamanda bu məsələ ilə bağlı daim yazılar və açıqlamalarla çıxış edən Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə ilə söhbətləşdik.

Azərbaycanın elitasını ələ keçirmək

- Təşkilatda keçirdiyiniz seminarlarda hər zaman nurçuluğun Azərbaycana təhlükələrindən danışırsınız. Nə kimi təhlükələr var, niyə bu məsələni daim gündəmdə saxlanılmasının tərəfindəsiniz?

- Nurçuluq regionda bəlkə də yeganə cərəyandır ki, öz təməllərini iqtisadi əsasların üzərində qurub. Ancaq bu iqtisadi əsaslar gəlib dönərxana açmaqdan ibarət deyil. Onlar Azərbaycan elitasının içərisinə giriblər və daha da dərinə nüfuz etməkdədirlər. İddia edirlər ki, Azərbaycanda ən yaxşı təhsili verirlər. Təhsil verdikləri və yetişdirdikləri tələbələrin içərisində tək-tük aşağı təbəqənin insanını görə bilərsiniz. Əksəriyyəti məmur və biznesmen uşaqlarıdır. Nurçular bunu məqsədli şəkildə edirlər. Çünki onların əsas hədəfi Azərbaycanın elitasını ələ keçirmək və gələcək elitanı özlərinin formalaşdırmasıdır.

Həmin məktəblərin işləmə mexanizminə diqqət edək. Onlar tələbələrin bütün üstün cəhətlərini nəzərə alırlar. Tələbələrin ailələrinə təsir etmək üçün psixoloji vasitələrə əl atırlar. Çox yaxşı olardı ki, burda bir psixoloq da olardı və izahlı təhlil aparardıq. Onlar ən çox özünə qapalı tələbələri öz aralarına cəlb etməyə çalışırlar. Çünki qapalı insan özünü cəmiyyətdən təcrid edən insandır və nurçuluq da elədir. Heç fikir verməmisiniz, nurçu məktəblərini bitirən uşaqlar 2 cür olur: ya konkret çox nümunəvi, ya da çox avara. Bunların konkret olaraq qazanmaq istədiyi tələbələr olur və onları qazanırlar.

Nurçuları tənqid edənlər şərəfsizdir

- Siz bir zaman demişdiniz ki, Azərbaycan parlamentində 20-yə yaxın nurçu millət vəkili var. Bu fikir mediada da tez-tez gündəmə gəlir. Kimdir onlar?

- Məsələn, bir neçə gün öncə millət vəkili Ceyhun Osmanlının haqqında bu cür ittihamlar səslənməyə başladı. Elə Fazil Mustafanın özü. Adam açıq şəkildə deyirdi ki, nurçuları tənqid edənlər şərəfsizdir. Onların parlamentdəki təmsilçilərini saymaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, nurçuluq kimi cərəyanlar parlamentdəki təmsilçiyə lobbi fəaliyyəti kimi baxırlar. Millət vəkilləri lobbi fəaliyyəti ilə məşğuldurlar. Əgər sizin cərəyanın və gizli təşkilatın parlamentdə 5 millət vəkili varsa, siz iqtisadi əsaslarınıza istinad edərək lobbi fəaliyyəti ilə məşğul ola bilərsiniz. Lobbi fəaliyyəti ilə məşğul olmaqla siz öz maraqlarınızın təmin olunması üçün birbaşa qanunverici orqana təsir etmiş olursunuz. Güc strukturlarında onlar özlərinə nə kimi yer edə biliblər, bunu deyə bilməyəcəyəm, ancaq onu deyə bilərəm ki, yüksək çinli məmurlar arasında da bu cərəyana bağlı olanlar var. Bu, heç yaxşı hal deyil. Biz bunun nümunəsini Türkiyədə görürük. Belə cərəyanlardan olan insanların aparıcı vəzifələrə gətirilməsi ilə dövlətin içərisində dövlətin özünə alternativ güc mərkəzi yaranır. Belə olan zaman dövlətin özünün varlığı təhlükə altına girir və dövlət içəridən işğal edilmiş olur.

Bakuvinin araşdırmaçısı Aidə İmanquliyeva idi

- Bir məsələyə diqqət çəkim. İçəri şəhərdə olan tarixi məzarların arasında Seyid Yəhya Bakuvinin məzarı və orda adı var idi. İndi onun adı ordan götürülüb. Seyid Yəhya Bakuvinin, ümumiyyətlə, təsəvvüfün Sovet dövründəki araşdırmaçısı bilirsiniz kim olub? Bakuvinin araşdırmaçısı Aidə İmanquliyeva idi. O, Sovet dövründə Seyid Yəhya əfəndinin yaradıcılığını və təsəvvüfü araşdırırdı. Amma indi bu cür dəyəri silmək istəyirlər ölkəmizdə.

Nurçulara görə, Şah İsmayıl düşməndir. Çünki o da təsəvvüflə məşğul olub və bu xalqın gərçək milli tarixidir.

Yetər ki, özlərini deşifrə etməsinlər

- Türkiyədə bunların təşkilatlanması elə bir mərhələyə çatıb ki, artıq dövlət içərisində özlərinin təşkilatlanmasını təmin ediblər. Azərbaycanda bu baxımdan nə kimi təhlükə gözlənilir?

- Biz o cərəyandan danışırıq ki, Türkiyənin bir dövlət kimi varlığını şübhə altına alır və ABŞ-dan idarə olunması üçün dövlət qurumlarını faktiki olaraq işğal ediblər.

Türkiyədə bu cərəyanın bütün məktəblərində ilk vaxtlar Atatürkün şəkillərini qoyurdular və dövlətin "kamalist" çizgisindən kənarda olmadıqlarını deyirdilər. Əllərinə güc keçəndən sonra isə Atatürkün rəsimlərini öz məktəblərindən də yığışdırdılar. Hələ bu azmış kimi dövlət qurumlarının qarşısındakı "TC" sözü yığışdırıldı. Bu cərəyan məqsədinə çatmaq üçün özlərini hər şəraitə uyğunlaşdıra bilər. Təhlükə hiss etdikləri anda özlərini deşifrə etməmək üçün hər şeyə razı olurlar. Yetər ki, özlərini deşifrə etməsinlər. Siz təsəvvür edirsiniz ki, bunlar məktəblərində oxuyan azərbaycanlı şagird və tələbələri agent kimi yetişdirirlər. Bunların məktəblərində oxuyan şagirdlər Fətullah Gülənin kitablarını öz evlərinə gizli şəkildə aparırlar. Həmin şagird avtomatik olaraq özünü "azlıq" psixologiyasına uyğun olaraq cəmiyyətdən və ailəsindən təcrid edilmiş hiss edir. İnsanlarımızı ailələrindən belə qopardırlar.

Onlar Azərbaycanda ehtiyat edirlər. Ona görə yox ki, onlar Azərbaycan polisindən, güc strukturlarından çəkinirlər. Kimin o qədər kapitalı olsa qorxar, çəkinər? Bir şeyə görə ehtiyat edirlər. Nurçular Azərbaycandan çıxarılacağı təqdirdə Orta Asiyanı birmənalı olaraq itirəcəklər.

- Siz onların kapitallarından və biznes strukturlarından danışdınız. Həm də dediniz ki, bu kapitallar onların parlamentdəki lobbi fəaliyyətinin əsasını təşkil edir. Nurçuların Azərbaycanda hansı biznes sahələri var və ən çox harda fəaliyyət göstərirlər?

- Hansı sahədə yoxdurlar ki! Media sektorunu deyək, təhsil sahəsini ələ keçirməklərini deyək, bank sisteminin içərisinə girməklərindən danışaq... Hansı birini deyək. Bunlar dövlətin idarəçiliyinin və cəmiyyətin içərisinə daraşıblar. Diqqət edin, nurçular haqqında Azərbaycan mediasında yazılar yazılan və materiallar hazırlanan yerlərin hamısı sonradan onlarla birbaşa əlaqədə olan yerlərə çevrilir. Sizin sayt yeni olsa da, qısa zamanda özünə yetərincə auditoriya toplayıb. Bu mövzulara toxuna bilməyiniz yaxşı haldır. Ancaq gəlib sizə də "dostluq" təklif etsələr, heç də təəccüblənmərəm. Çünki bu cərəyan media sahəsini işğal etməyi qarşısına məqsəd qoyub.

Bunlar üçün heç bir dəyər yoxdur

- Siz nurçularla bağlı mətbuatda tez-tez çıxış edirsiniz. Nə kimi problemləriniz olub?

- Nurçular haqqında yazdığımız yazılara görə nə qədər təhdidlər almışıq! Biz nurçuların gerçək kimliklərindən yazana qədər Azərbaycanda Fətullah Güləni az qala xeyriyyəçi kimi təqdim edirdilər. Bunun adı nədir: informasiya blokadası deyil nədir bəs?

Nurçular Türkiyəni ələ keçirənə qədər heç bir iqtidar Ermənistanla sərhədləri açmaq məsələsini gündəmə gətirməyib və belə bir fikrə düşməyib. Bunlar üçün heç bir dəyər yoxdur, bunlar sərhədsiz fəaliyyət göstərirlər. Ən gülməlisi bilirsiniz nədir? Həmişə arqument kimi deyirlər ki, "əşi, nurçular yaxşı təhsil verirlər". Gəlin, düşünək. Bu təhsili kimə verirlər və kimləri qazanmaq üçün çalışırlar? Çobanın oğluna təhsil verib onu qazanmağa çalışmırlar ki! Polis rəisinin oğluna verirlər, İcra başçısının uşağına verirlər. Mən də belə bir cərəyanın rəhbərliyində olsam, istəyərəm ki, ətrafımda olan uşaqlar icra başçısının, polis rəisinin övladları olsun. Əlbəttə ki, məni yetişdiriyim insanlar "məndəndir" prinsipi ilə hərəkət edirlər. O uşaqları qazanıblarsa, onlar icra başçısı olan atalarına söz dedizdirərlər, amma Fətullaha söz dedizdirməzlər.

Video-görüntülərlə kimlərisə şantaj etmək məktəbi keçiblər

- Siz Türkiyədə Fətullah Gülən camaatının artıq dövləti ələ keçirdiyini deyirdiniz. Azərbaycanda nə kimi təhlükə gözlənilir?

- Bilirsiniz, onların elə məktəbləri var ki, qızları oğlanlardan ayıraraq təhsil keçirlər. Bir yığın oğlanın bir yerdə o formada təhsil almasının hansı travmalara səbəb olacağından danışmağa başlasaq, mövzumuz qalacaq qıraqda.

Onlar video-görüntülərlə kimlərisə şantaj etmək məktəbi keçiblər. Məsələn, öz gördüklərimdən bəhs edə bilərəm. Kiyevdə oxuduğum zaman onların arasında olan yüksək səviyyəli bir məmurun oğlunun videosunu çəkmişdilər. Həmin insanın olduqca şəkilsiz bir videosunu əldə edib Yutuba yükləmişdilər. Bu insanlar az qala ciblərində kamera ilə dolaşırlar, biz Türkiyədəki olaylarda da bunun şahidi oluruq. Bu onların psixologiyasıdır.

Azərbaycan müxalifətinin içərisində nurçu var, iqtidarın içərisində nurçu var, gənclər sektorunda nə qədər istəyirsiniz bu cərəyandan olan insanlar var.

Dara düşmüsənsə, özünün kafir olduğunu deyə bilərsən

- Konkret olaraq, Azərbaycanda nə kimi təhlükə gözlənilir? Bu dini cərəyan nə qədər nəzarətdən kənardadır?

- Bu dini cərəyan heç bir halda nəzarətə götürülə bilməz. Çünki bunlar o fikri təbliğ edirlər ki, əgər sən dara düşmüsənsə, yalandan özünün kafir olduğunu da deyə bilərsən. Sən onu heç bir zaman nəzarətə götürə bilməzsən. Absurd məsələdir. Öz məqsədləri üçün Atatürkün də şəklini başlarının üstünə vuracaqlar, lazım olsa, dəccalın da. Təki onlar sağ qalsınlar və kök atsınlar.

Bu adamların ən çox ixtisaslaşdığı sahə bank sektorudur. Bank sektorunda adamları var, iri biznes müəssisələri var. Öz şirkətlərinə banklardan pul ayrılmasına nail olurlar, həmin şirkətlərin reklamını öz media qurumlarında edirlər. Pul qırağa çıxmır. Xərclərini də öz gəlirlərinə çevirə bilirlər. Özləri satır, özləri alır. Mən inanıram ki, onlar Azərbaycan iqtisadiyyatında böhran yarada biləcək gücə sahib ola bilərlər. Bu, real təhlükədir.

Nurçuluq Roma kilsəsinə xidmət edir

- Siz yazırdınız ki, nurçuluq Roma kilsəsinə xidmət edir. Nəyə əsaslanaraq bunu deyirsiniz?

- Nurçuluğu qəzetdən oxumaq olmur, bilmək olmur. Onu bilmək istəyənlər Roma kilsəsini oxuyacaqlar və onun idarəçiliyini biləcəklər. Bizim peyğəmbərimiz, Rəsulullah deyir ki, evlənin, soyunuzu artırın və Qiyamət günü mən sizin çoxluğunuzla öyünəcəyəm. Bəs Fətullah Gülən nəyə görə evlənməyib, ondan qabaqkı nurçu lider Səid Nursi nəyə görə evlənməyib? Bunların ən yaxın müridləri nəyə görə evlənmirlər? Mən bir də Roma papasının evlənmədiyini bilirəm. Yoxsa bunlar da ordandır? Sistemləri eynidir. Roma papasının kardinalları, bunun da müridləri var. Bu iyerarxiyanın içərisindədir. Yuxarıdan aşağıya qədər sistemin hər səviyyəsində bunlar müzakirələr aparırlar. Nurçular buna istişarə deyir. Ən xırda səviyyəli evlərdən ən yuxarıda dayanan Fətullah Gülənə qədər hamısı istişarə edir. Fətullah Gülən də oturub yaxın ətrafı ilə müzakirələr aparır.

Xüsusi xidmət orqanlarımızın qərarı var...

- Son olaraq, sizcə dövlətin hansı qurumlarında bu təhlükə var?

- Əksərində. Ancaq elə yerlər var ki, girə bilmirlər, daxili qərar var ki, türk liseyləri məzunları olan adamlar işə götürülməsin.

Vəziyyət çox gərgindir. Məsələn, hətta Ədliyyə Nazirliyində də adamları var, istədikləri təşkilatı və QHT-ni çox asanlıqla qeydiyyatdan keçirdirlər.

Bunlar əvvəl bükülürdülər, indi artıq açılma mərhələsindədilər. Belə davam etsə, bizi Türkiyənin aqibəti gözləyir.

Tarix
2014.03.04 / 11:11
Müəllif
Tural Qurbanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyevin Belarusa səfəri başa çatdı - Foto

Rusiya ermənilərə qırıcı satmaq istəyir - Ekspert

Ekspert prezidentin Belarus səfərini şərh etdi

Radikalların arzusu Şəhidlərdə “suya düşdü”

İvanişvili 600 min şəxsin borcunu sildi: Mişaya qarşı həmlə

“Gürcü kralı” Saakaşviliyə uduzur - Tomas de Vaal

Əliyevin İrəvanı susduran Belarusa səfəri... – Şərh

İrəvan panikada: Bakı bundan istifadə edəcək

İlham Əliyev Belarusda - Foto

Türkiyə S-400-dən bu halda geri çəkilə bilər – Şərh

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla