Yuxarı

“Prezident seçkisilə bağlı mövqeyimiz ortadadır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlının ötən gün yazdığı və geniş ictimai reaksiya doğuran məqaləsində seçkilərin nəticələri ilə bağlı mövqe də bildirib. Xalq şairi yazıb ki: "Bizim seçkilərə münasibətimiz məntəqə, dairə və MSK-dakı nümayəndələrimiz tərəfindən rəsmiləşdirilib".

Xatırladaq ki, Vətəndaş Həmrəyliyi Partiyası bu il oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı heç bir açıqlama yaymayıb və münasibət bildirməyib. Buna baxmayaraq, Sabir Rüstəmxanlı əslində bu sözlərlə hətta seçki günü VHP-nin seçkilərin nəticələrini tanıdığını təsdiqləmiş olur.

Məlumat üçün deyək ki, VHP-ni MSK-da Almaz Qəhrəmanlı təmsil edir. Dairələrdə partiyanın 56, məntəqə seçki komissiyalarında isə 500-dən çox təmsilçisi var. Həm MSK-da, həm də dairə və məntəqələrdə partiyanı təmsil edən bütün nümayəndələr – heç bir istisna olmadan - seçkinin nəticələri ilə bağlı protokolu imzalayıblar, başqa sözlə desək, seçkinin şəffaf və demokratik keçirildiyini öz imzaları ilə təsdiqləyiblər.

Yazısından anlaşılan bu məntiqlə bağlı Sabir rüstəmxanlı "Axar.az"a bildirdi ki, seçkilərin yekunu ilə bağlı protokolun imzalanması, əslində, nəticələrin tanınması anlamına gəlir:

"Əslində, partiyanın mövqeyi dairə və məntəqələrdə həlledici səs hüquqlu nümayəndələrinin müşahidəsi və rəyi ilə formalaşır. Xüsusilə öz namizədi ilə seçkidə iştirak etməyən VHP kimi partiyanın. Bu baxımdan Vətəndaş Həmrəyliyi Partiyası seçkilərin nəticələrini rəsmən və açıq formada tanıyır".

Sabir Rüstəmxanlı onu da bildirdi ki, Prezident İlham Əliyevin andiçmə mərasimində də iştirak edib.

Tarix
2013.11.05 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla