Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Taleh Heydərov biznes forum-keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Noyabrın 5-də Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ənənəvi biznes forum keçirilib.
"Axar.az"ın "AzərTAc"-a istinadən verdiyi xəbərə görə, forumda müxtəlif ölkələrdən dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri açan AAC-ın biznes əlaqələndiricisi Venesa Rain forum haqqında məlumat verib. Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edən V.Rain ölkəmizdə son illərdəki iqtisadi inkişafdan, insanların həyat səviyyəsinin yüksəlməsindən, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışıb. Təmsil etdiyi qurum haqqında da məlumat verən xanım V.Rein AAC-ın Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətlərin daha da inkişafına verdiyi töhfələrini diqqətə çatdırıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin son illərdə bütün sahələrdə sürətli inkişafı haqqında statistik rəqəmlərlə ətraflı məlumat verib. Qeyd edib ki, ümumi daxili məhsulun adambaşına düşən həcmində ötən illərlə müqayisədə xeyli artım müşahidə edilib.
Azərbaycanın təbii qaz ixracı potensialı haqqında danışan F.Qurbanov TANAP layihəsi barədə məlumat verib, "Şahdəniz" yatağından təbii qazın Avropa bazarlarına nəqlini təmin edəcək layihənin həm Azərbaycanın, həm də Avropa dövlətlərinin maraqlarına tam uyğun olduğunu bildirib.
AAC-ın sədri Tale Heydərov deyib ki, bu forumun məqsədi hər iki ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. Tale Heydərov forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırıb.
Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarls Hendri Birləşmiş Krallıqla Azərbaycan arasındakı ticarət əlaqələri haqqında məlumat verib, münasibətlərimizin hər il daha da inkişaf etdiyini bildirib. Əlaqələrimizin təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə davamlı inkişafda olduğunu deyən Ç.Hendri təhsil sahəsini xüsusi vurğulayaraq azərbaycanlı tələbələrin Birləşmiş Krallıq universitetlərinə üstünlük vermələrini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Cavanşir Feyziyev sahibkarlığın inkişaf etdirilməsinin Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu bildirib. Deputat maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib. C.Feyziyev Azərbaycanla Böyük Britaniya arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışıb, Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib, respublikamızın xarici investisiyalar üçün cəlbedici bir məkan olduğunu vurğulayıb.
Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev Böyük Britaniya ilə Azərbaycan arasındakı investisiya əlaqələri haqqında məlumat verib. Azərbaycanın Britaniya sərmayədarları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən İ.Əliyev hər iki ölkədən sahibkarların qarşılıqlı yatırımlarda fəal olduqlarını vurğulayıb. İ.Əliyev dünyanın müxtəlif ölkələri tərəfindən Azərbaycanın həm neft, həm də qeyri-neft sektorlarına yatırımların artmaqda davam etdiyini vurğulayıb.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ölkəmizin son illərdəki sürətli inkişafından danışıb. Bakının gündən-günə gözəlləşdiyini diqqətə çatdıran diplomat bu möhtəşəm şəhərin hər il daha çox xarici turisti özünə cəlb etdiyini vurğulayıb.
Azərbaycanın mədəniyyət, enerji və bir çox sahələrdəki inkişafının təqdirəlayiq olduğunu deyən M.Brayza bundan sonra da uğurların davam edəcəyinə əminliyini bildirib.
Daha sonra forum iştirakçılarının sualları cavablandırılıb. Forum sessiyalar üzrə işini davam etdirib.
Tarix
2013.11.05 / 23:54
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Putinin arzuladığı dialoqlar rədd edilir – Şərh

S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?

Ərdoğan Qarabağ Zirvəsi keçirə, birgə ordu qura bilər – Şərh

Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

Qarabağ təkcə Azərbaycanın deyil... - Gürcü alim

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla