Yuxarı

Zəncirin fəlsəfəsini yazanın müridləri... – Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix İnstitutu adlı bir səhifədən bəziləri mənim tarix haqqında bilgilərimin olmadığını sübut etmək və bəziləri də institutun direktoruna sədaqətini isbatlamaq üçün yarışa giriblər. Tam məsuliyyətlə deyirəm, bu sayda və bu cür gerilikçi qafada özünə tarixçi deyən diplomlu şəxs burada barınırsa, tariximizin səviyyəli və obyektiv araşdırılacağına ümidim tamamilə puça çıxır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa son günlər qalmaqallı açıqlamalarına Tarix İnstitutunun öz elmi işçisi Dilavər Əzimlinin cavablarını yaymasına reaksiyasında qeyd edib. F.Mustafa Feysbuk profilində bunları yazıb:

"Bunlar hələ mənim yazdığım kiçik bir statusu oxuyub anlaya bilmirlər, mənbələri, əlyazmaları necə başa düşəcəklər, Allah bilir. Bunlara kimsə deyib ki, institutun direktoru Yaqub Mahmudovu müdafiə etmək lazımdır, hamısı başlayıblar ləbbeyə ki, niyə Mommzenin, Zəki Vəlidinin adını çəkirsən, Yaqub müəllimin adını böyük tarixçilərin sırasında çəkmirsən? Maraqlıdır ki, statusumda dəfələrlə Yaqub müəllimə hörmətimi izhar etmişəm, faydalı əsərləri olduğunu yazmışam, ancaq böyük tarixçi meyarlarının başqa olduğunu konkret misallarla ortaya qoymuşam. Bunlar niyə belə təşvişə düşüblər? Mənə qarşı səviyyəsiz ifadələr işlətmək yerinə, götürün "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt", "Azərbaycanda türk kimliyi və saxta tarix problemi", "20-ci əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları" əsərlərimi və orada yer alan tariximizin tarixçilər tərəfindən saxtalaşdırılması probleminə qarşı görüşlərinizi yazın. Bu məmləkətdə özlərini alim adlandıranlar adi bir polemika aparmaq kültürünə sahib deyilsə, o zaman bunlar hansı məntiq, bilgi və qabiliyyətlə erməniləri haradasa susdurduqlarını, yerində oturtduqlarını iddia edirlər, doğrusu, anlamıram.

Deyəsən, hörmətli Yaqub müəllimə təkliflə müraciət edəcəyəm ki, Tarix İnstitutunda təcili attestasiya keçirsin, bu qədər primitiv mühakiməyə sahib olan kadrlarla ölkəmiz qarşısında duran qlobal problemləri tarixi aspektdə araşdırmaq, təkliflər hazırlamaq çox çətin olacaq. Nə yaxşı yenicə oxudum ki, İnstitutda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb və xeyli sakitləşdim. İndyədək tarixlə elmi və peşəkar əlaqə qura bilməyiblər, keçiblər ictimaiyyətlə əlaqəyə. Yəni bu minvallar tariximizə ziyanlıqları xeyli azalacaq.

Belə anladım ki, Nazim Xəlilov, Sevinc Məlikzadə, Leyla Hüseynova, Aytac Şirəliyeva, Bəhmən Faziloğlu, Günel İsmayılova, Nərminə Ağayeva, Bəhruz Baba, Adilə Ağabəyova, Fatimə Abdal, Vaqif Abışov məhərrəm ayında bədənə vurulan zəncirin fəlsəfəsini yazan Dilavər Əzimlinin müridləri imiş. Mürşidlik belə olar e, qos-qoca institutu arxasınca aparır və adamı zəncir sıralaması ilə müdafiə edirlər.

Bu yazının Azərbaycanın sağlam mühakiməli, bilgili və peşəkar tarix araşdırmaçılarına aidiyyəti yoxdur. Yaxşı ki, heç olmazsa, bu sahədə ümid bəslədiyimiz alimlərimiz var. Kiminsə adını unutmaqla haqsızlıq edəcəyimi düşünərək ayrıca adlar çəkməməyim məsləhətdir".

Tarix
2016.09.25 / 21:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla