Yuxarı

Millət vəkilinin evindən köçən qız toyuna getməyib? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün millət vəkili Qənirə Paşayevanın himayəsi ilə baş tutan toy mərasimində insident yaşandığı barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, Q.Paşayevanın öz evindən gəlin köçürdüyü, "Ümid yeri" valideyn himayəsindən məhrum uşaqlar üçün sığınacaqda böyüyən Əfsanə toyuna getməkdən imtina edib. Səbəb kimi isə gəlinlik paltarını və ayaqqabısını bəyənmədiyini göstərib.

Cəbhə.info-nun yaydığı videoda tanınmış sənətçilərin toya yığışdığı, ancaq gəlinin hələ gəlib çıxmadığı haqda danışıqlar da gedir. Hətta iddiaya görə, toy baş tutmayıb.

Hətta gəlinin vizajisti Ülkər Həsənli də sosial şəbəkədə bu gün yaydığı statusunda olaya münasibət bildirib. O yazıb ki, dünən bu gəlini mən bəzəyib yola saldım, gəlinliyi, ayaqqabını özü seçdiyi halda toy günü fikrini dəyişib, 2000 minlik gəlinlik gördüyünü və onu istədiyini deyirdi: "Allah hərənin alnına bir qismət yazır. Onun sığınacaqda böyüməsi onun taleyinə yazılıb. Günahkarı nə mən, nə gəlinlik butikinin sahibəsi və ya ona himayəlik edib, toy edib, ailə sahibi etməyə çalışanlar deyil. Məncə, insan ən azından sağ ol deməyi bacarmalıdır. Bunlar – qız da, nişanlısı da elə davranırdılar ki, sanki hər kəsin bunlara borcu var, sanki bütün cəmiyyət onların belə durumda yaşadıqlarına görə günahkardır".

Maraqlıdır ki, gəlinin toya gəlmədiyini əks etdirən videonun toy mərasiminin keçirildiyi zaldan deyil, hansısa otaqdan çəkildiyi görünür. Halbuki Q.Paşayevanın öz evindən gəlini xüsusi mərasimlə şadlıq sarayına yola saldığı görünür.

Toyun təşkilatçısı, "Ümid yeri" Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova Axar.az-a açıqlamasında yayılan bu xəbəri qətiyyətlə təkziblədi: "Toy çox yüksək səviyyədə keçdi, ölkənin tanınmış simaları, müğənnilərin iştirakı yüksək səviyyədə keçən bir mərasimə belə kölgə salmağı qətiyyətlə pisləyirəm. Qeyri-peşəkar jurnalistlərin bu gənclərin xoşbəxtliyinə mane olmaq cəhdi insafsızlıqdır. Toydakı atəşfəşanlıq bütün Buzovna qəsəbəsində görünürdü. Belə mərasimə necə kölgə salmaq, necə belə xəbər yaymaq olar?"

Qeyd edək ki, yayılan videoda musiqiçilərin zarafat etdiyi də hiss olunur.

Tarix
2016.09.27 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla