Yuxarı

İlham Əliyevdən Su-24 insidenti haqda - Önəmli mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Su-24 insidenti Moskva və Ankaranın yaxınlaşmasını istəməyən qüvvələrin xaricdən provokasiyası olmadan törədilə bilməzdi.

Axar.az xəbər verir ki, bunu "Sputnik" agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Prezidentin sözlərinə görə, Türkiyə və Rusiya münasibətlərində normallaşma ədalətin bərpasıdır:

"Yəqin ki, səbəblər analiz ediləcək. Bizim məlumatımıza görə, artıq analiz edilib. Burada Rusiya və Türkiyə yaxınlaşmasına narahatlıqla baxan qüvvələrin müdaxiləsi olub. Hadisə baş verən ilk anlarda bizim ağlımıza gələn variantlardan biri də provokasiyanın istisna edilməməsiydi. Ona görə ki, Rusiya təyyarəsinin vurulması qətiyyən Türkiyənin maraqları çərçivəsində deyildi. Kiminsə düşünülmüş şəkildə belə düşmən xarakterli akta imza atmasını biz müəyyənləşdirə bilmədik. Aydındır ki, belə faciəvi hadisədən sonra emosiyalar işə düşdü. Onlar situasiyanı daha da gərginləşdirdilər və buna görə də orada baş verənləri aydınlaşdırmaq çətin oldu. Artıq emosiya üzərinə emosiya yığıldı, hər söz cavaba ehtiyac yaratdı. Bunu dayandırmaq lazım idi. O dayandırıldı. İndi artıq aydınlaşdırmaq lazımdır. Mən düşünürəm və az qala əminəm ki, bu insident provokasiyasız olmayıb. Ona görə ki, Rusiya-Türkiyə münasibətlərinin ruhu və xarakteri Rusiya hərbi aviasiyasının uçuşuna belə reaksiya verilməsinə qətiyyən imkan vermirdi".

Tarix
2016.10.18 / 12:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla