Yuxarı

Erməni yaydı, Vüqar isə şərh yazanları söyüşə tutdu – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Rusiyada döyülən Vüqar Muradovun erməni tərəfindən sosial şəbəkədə yayılan videosuna gələn şərhlər müğənnini özündən çıxarıb.

Axar.az xəbər verir ki, sosial şəbəkədəki Patriot səhifəsindən yayılan və onminlərlə şəxsin izlədiyi videoya yüzlərlə şərh yazılıb. Vüqar Muradov isə münasibət bildirən şəxsləri ən səviyyəsiz tərzdə, küçə söyüşləri ilə təhqir etməkdən çəkinməyib. Hətta bəzi şəxslərə yazdığı söyüşlər ciddi qarşıdurma da yaradıb.

Xatırladaq ki, ötən il 4 min dollar qarşılığında Rusiyaya dəvət edilən Vüqar Muradov bir neçə şəxs tərəfindən meşəyə aparılaraq döyülmüş, telefonu və pulları oğurlanmış halda meşədə atılmışdı. Müğənni hadisə barədə verdiyi açıqlamada qeyd edirdi ki, bu olay Bakıdakı düşmənçiliyin qisasıdır. "Yaşadığım ərazidə bir oğlan mənə sataşırdı, həyatıma mane olurdu. Bir gün çəkib kənara məsələni aydınlaşdırdım. Mənə dedi ki, məndən xoşu gəlmir, o məhəllədə qalmağımı istəmir. Söhbət uzandı, söyüş söydüyü üçün o insanı möhkəm döydüm. Kişi arasında dava da, yumruq-təpik də olar. Biz kişilər kobud məxluqlarıq. Əzizlərimə söydüyü üçün onu döydüm, peşman deyiləm. Həm də bir il idi ki, o insanın əlindən yığmışdım, maşınımı cızırdı, həyatımı burnumdan gətirirdi. Həmin hadisədən sonra axşam dostlarım, oğlanın qohumları, məhəllənin ağsaqqalları bir araya yığışıb yenidən məsələni həll etdik, söhbət bitdi. O oğlan məndən acıqlı qaldı, Bakı şəhərində məni döydürməkdən qorxdu. Ona görə də Moskvada küçə adamlarına məni döydürdü, qisas aldı. O işi görənlərin çoxu tutulub. Sifarişçi Bakıda yaşadığı üçün o tam cəzasını almayıb, amma nə zamansa qisas günü var. O, 9 milyonun içərisində məni aşağıladı. Düzdür, döyülmək alçalmaq deyil. Amma 1 nəfərin üzərinə 8-9 nəfərin gəlməyi və bəzi savadsız jurnalistlərin yanlış informasiya yayması mənə böyük zərbə oldu. Yalan yazan jurnalistlərə haqqımı halal eləmirəm. İnsanlar onu bilsin ki, məni heç kim soyundurub döyməyib. Məni döyüb pulumu, telefonumu aparmışdılar. Azərbaycanın yaxşı oğlanları mənə Moskvada kömək etdilər. Heç kim yiyəsiz deyil", - müğənni bildirmişdi.

İki gün öncə yayılan videodan sonra məlum oldu ki, Vüqarı Moskvada xilas edən şəxs "Azərbaycanın yaxşı oğlanları" yox, erməni imiş. V.Muradovun vəkili Ruslan Əhmədoğlu Musavat.com-a açıqlamasında qeyd edib ki, müğənni ilk olaraq onunla əlaqə saxlayıb: "Vüqar mənimlə danışanda onu xilas etmiş şəxslə danışmaq istədiyimi dedim. Həmin kişi ilə danışanda rus olmadığını anladım. Hansı millətdən olduğunu soruşdum, gürcü olduğunu dedi. Ondan xahiş etdim ki, Vüqarı ya səfirliyə, ya polisə çatdırsın. Mənə özünü gürcü kimi qələmə verən şəxs Vüqara kömək edəcəyini dedi. Bildirdi ki, o ərazinin prokuroru da onunla eyni millətdəndir. Vüqar bölmədə olan zaman onunla əlaqə saxlaya bilmirdim. Mən də həmin şəxslə əlaqə saxladım. Mənə söylədi ki, artıq bölmədən çıxıb və Vüqarı polislə əlaqələndirib. O zaman əlavə etdi ki, gürcü deyil, ermənidir. Başladı artıq sözlər danışmağa. "Azərbaycanlı öz həmvətənini necə vəhşiliklə belə hala salıb, amma erməni onu xilas edib", deyə istehza da etdi. Vüqar bilməyib ki, o şəxs onu videoya çəkir. Sonra kişi özü də videoya daxil olur, deyir ki, ermənidir. O zaman Vüqar ondan uzaqlaşır. Həmin erməni sonra dəfələrlə Vüqara zəng edib pul istədi. Bildirdi ki, pul verməsə, videonu yayacaq. Mən də Vüqara məsləhət gördüm ki, o adamla ünsiyyətdə olmasın. Çünki etdikləri şantajdır".

V.Muradov da Publika.az-a açıqlamasında isə onu xilas edən şəxsin erməni olduğunu polis idarəsində bildiyini deyib: " Mən döyülmüş vəziyyətdə yola çıxdım, əl elədim, bir maşın saxladı. Oturdum, məni gətirdi polisə, kömək etdi. Həyəcanlı, stress içində idim, başımdan-gözümdən zərbə almışdım. Bu vəziyyətdə xəbərim olmayıb ki, erməni dığası videomu çəkir. Onun erməni olduğunu mən polisdə bildim".

Tarix
2016.10.29 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla