Yuxarı

Rusiya KİV: Rövşənin ölüm hökmünü Lotu Quli verib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11-01 11:15

Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada "göy kralı" hesab edilən Canpolad Şamiloğlunu qətlə yetirməsinə görə öldürüblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt" agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik Canıyevin ölümü ilə bağlı istintaqı rusiyalı detektivlərin də apardığını bildirib:

"Onlar praktik olaraq cinayətin nəyə görə törədildiyini müəyyən edə biliblər. Araşdırma zamanı müəyyən olub ki, Canpolad Şamiloğlunu öldürmək üçün o zaman iki killer təyin olunub. Bu şəxslər Canıyevin qruplaşmasından olublar. Üstəlik, Canpoladın ölüm fərmanını şəxsən Rövşən Lənkəranski verib. Bundan sonra Canpoladın tərəfdarları və qohumları Lənkəranskidən qisas alacaqlarını bildiriblər və onun haqqında ölüm hökmü çıxarıblar. Lakin bu qərarı Şamiloğlunun adamlarının arxasındakı iki sanballı şəxs – qanuni oğrular Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılov (Rəşad Gəncinski) olmadan həyata keçirmələri çətin ki mümkün olardı. Öz növbəsində onlara son zamanlar daha böyük dəstək Nadir Sələfov (Lotu Quli) tərəfindən verilib. Onların hamısı Canıyevin ölümündə maraqlı idilər və burada səbəb təkcə Canpoladın qisasını almaq deyildi. Bir nömrəli səbəb bazarlara nəzarətin ələ keçirilməsi idi".

Qeyd edək ki, Rövşən Lənkəranski bu il avqustun 18-də İstanbulda qətlə yetirilib. Onun ölüm əmrinin kim tərəfindən verildiyi indiyə qədər istintaqa məlum deyil. Bəzi mətbuat orqanları isə Lənkəranskinin ölümündə bir müddət öncə həbs edilmiş rus mafiyasının lideri Zaxariya Kalaşovun maraqlı ola biləcəyini yazıb.

Azərbaycanlı biznesmen Canpolad Şamiloğlu martın 16-da Moskvada qətlə yetirilib. Killer onun bədəninə 3, başına isə bir güllə vuraraq qətlə yetirib.

Tarix
2016.11.02 / 10:49
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla