Yuxarı

Almaniyada Azərbaycan haqqında məlumat... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Silahlı Qüvvələri (Bundesver) Baş Qərargahının Hamburq şəhərində yerləşən Akademiyasında hazırda həmin akademiyada təhsil alan iki azərbaycanlı zabitin təşəbbüsü ilə "Azərbaycan haqqında məlumat günü" keçirilib.

AzərTac xəbər verir ki, akademiya rəhbərliyinin də iştirak etdiyi tədbirdə azərbaycanlı zabitlər tərəfindən ölkəmiz haqda geniş brifinq təqdim olunub. Azərbaycanın coğrafiyası, tarixi, siyasi sistemi, iqtisadiyyatı, mədəniyyəti və ordu quruculuğu barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə Azərbaycanın siyasi və iqtisadi inkişafı, regionda aparıcı gücə çevrilməsi, dövlət başçısı İlham Əliyevin apardığı xarici və daxili siyasətin uğurları diqqətə çatdırılıb. Həmçinin iştirakçılara Ermənistanın Azərbaycana hərbi təcavüzü, Xocalı soyqırımı, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə yönəlmiş səyləri barədə də ətraflı məlumat çatdırılıb.

Bundesver Baş Qərargahı Akademiyasının rəis müavini və təhsil direktoru, admiral Karsten Snayder çıxış edərək ölkəmizin vacib coğrafi-siyasi mövqeyindən və iqtisadi əhəmiyyətindən danışıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib rolunu vurğulayıb.

Brifinqdə Azərbaycanın Almaniyadakı hərbi attaşesi, polkovnik Mahir Bayramov, akademiyanın professor-müəllim heyəti, burada təhsil alan almaniyalı və xarici zabitlər iştirak ediblər.

Tarix
2016.11.04 / 22:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla