Yuxarı

Millət vəkili bir gündə jurnalistlərə ikinci hücuma keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun özəl telekanalları sərt şəkildə tənqid edən "Bəd xəbər aludəçiliyi" adlı yazısından sonra tənqid hədəfinə tuş gələn telekanalların vəzifəliləri cavabdan yayındılar. Səbəb kimi isə tənqidin birmənalı şəkildə onlara aid olmadığını göstərdilər və bunu millət vəkilinin yazıda ad çəkməməsi ilə əlaqələndirdilər.

"Yazım özəl kanallara aiddir!"

Məsələ ilə bağlı Bəxtiyar Sadıqov "Axar.az"a açıqlamasında ad çəkilmədiyinə görə özün tənqid hədəfindən yayındıran telekanallara sərt ittihamlar səsələndirdi:

"Onlara sərf eləməz axı, çünki heç kim "öz ayranına turş deməz", ona görə də boyunlarına götürmürlər. Verilişlərin bir-bir adını çəkib, təhlil etsəydim, yazı çox olacaqdı, onda da oxunmayacaqdı. Ona görə də yenə bildirmək istəyirəm ki, yazım bütün özəl kanallara aiddir! Bundan əvvəlki yazılarımda şoular əsasında qurulan verlişlərin adını çəkmişəm, bax, elə onlara da aiddiyyəti var. Konkret özəl televiziya kanalları hamısı bu ittihamları üzərinə götürməlidirlər".

Millət vəkili konkret hansı verilişləri nəzərdə tutduğunu da söylədi:

"Xəbər saytlarında və sosial şəbəkələrdə məqalənin müzakirəsi zamanı oxucuların yazdığı şərhlərə baxın! Bu telekanalların adlarını oxucular özləri çəkib. Mən o şərhləri, müzakirələri oxumuşam və bəyan edirəm ki, sosial şəbəkələrdə, şərhlərdə adı hallanan bütün verilişləri nəzərdə tutmuşam. Özəl kanal rəhbərləri öz üstlərindən atsalar da, oxucular məqaləmdə qaldırdığım problemin məhz hansı verilişləri əhatə etdiyini doğru olaraq təsbit ediblər. Yəni xalqın gözü tərəzidir".

Bütün şou proqramlar biabırçıdır

B.Sadıqov bütün şou verilişlərin biabırçı və səviyyəsiz hazırlandığını da sözlərinə əlavə elədi:

"Bütün özəl TV-lərin şou proqramları elədir. Rusiyadan "Jdi menya" tipli verlişləri gətirib, biabırçı şəkildə efirdə təlqin edirlər".

Bəxtiyar Sadıqov hansı telejurnalistləri qəsd edir?

Qeyd edək ki, "Bəd xəbər aludəçiliyi" adlı məqalənin sosial mediada və informasiya portallarında müzakirəsi zamanı oxucular daha çox ATV telekanalının "Ümid var" verlişinin aparıcısı Zaur Baxşəliyev və "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızını, ANS telekanalının "Adam içində" verilişinin aparıcısı Elgiz Əkbəri daha çox tənqid ediblər.

Tarix
2013.11.06 / 19:14
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla