Yuxarı

Rəsmi Bakı Türkiyəyə sorğu göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hakimiyyətinin dəstəyi ilə Kızılcahamam Bələdiyyəsinin yaratmaq istədiyi "Xocalı soyqırımı muzeyi"nin adına Ankara Valiliyinin razılıq verməməsi narahatlıq yaradıb.

Türkiyə XİN müraciətimizi cavablandırmadı

Azərbaycan cəmiyyətinin son dərəcə təəccüblə qarşıladığı bu olayı Ankara bələdiyyəsi "soyqırım" kəlməsinin istifadəsinin diplomatik problemlər yaratması ilə izah edib.

Ankara Valiliyindən "Axar.az"a bu sorunu onların yaratmadığı, əngəlin Türkiyə xarici İşlər Nazirliyinin göstərişi ilə yaradıldığı bildirildi.

Türkiyə Xarici İşlər Nazirliyindən isə bütün gün ərzində münasibət öyrənə bilmədik. Türkiyə XİN-dən suallarımızı elektron poçtlarına ünvanlamağımızı istəsələr də, "Axar.az"ın rəsmi müraciətinə iş gününün sonuna qədər cavab verilmədi.

"Biz qardaş Türkiyəyə sorğu göndərmişik"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Axar.az"a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirdi:

"Bu barədə məlumatlıyıq və artıq Türkiyə Xarici İşlər Nazirliyinə sorğu ünvanlamışıq. Güman edirəm ki, Türkiyə tərəfi sorğuya sabah günorta saatlarında cavab verəcək. Ona görə də sabah deyilən vaxtdan sonra məsələyə mövqeyimizi cəmiyyətə çatdıracağıq".

Tarix
2013.11.06 / 19:23
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla