Yuxarı

ABŞ və Rusiyanın hərbi gücü – Müqayisə/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları və Rusiyanın hərbi potensiları barədə dünya mediasında zaman-zaman müqayisəılər aparılır. Baş vermə ehtimalı az olsa da, teoretik olaraq iki supergüc arasında müharibə olacağı təqdirdə hansı tərəfin üstünlük qazanacağı hamıda maraq doğurur.

Fərqli geostrateji maraqlara və prinsiplərə malik Amerika və Rusiyanın Suriya böhranına, yaxud Ukraynadakı siyasi böhrana yanaşma fərqləri bu müqayisənin aparılmasını bir daha labüd edir.

"Axar.az" açıq mənbələrədəki informasiyalara istinadən edərək, iki ölkənin hərbi gücünü təqdim edir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ ordusu daha müasir texnoloji yeniliklərdən istifadə edir. Bundan başqa, ayrı-ayrı qoşun növləri arasındakı əlaqə, sıravi əsgərin peşəkarlığı baxımından "Sem dayı"nın ordusu çox üstündür.

Pentaqonun 2014-cü il üçün təsdiq olunmuş hərbi büdcəsi 526,8 milyard dollardır. Halbuki şimal qonşumuzun hərbiyə ayırdığı ümumi vəsait 71,2 milyard dollardır. SSRİ-nin çöküşü və Soyuq müharibənin başa çatması ilə dərin siyasi-iqtisadi böhrana daxil olan Rusiya son 20 ildə Amerikadan hərbi sahədə xeyli geri qalıb. Qabaqcıl texnologiyalardan məhrum olan Rusiya hərb sənayesi dünyanın əksər ölkələrindəki ənənəvi silah bazalarını itirib, ordusunu ixtisara salmağa məcbur olub. Buna baxmayaraq, "Şimal ayı"sına hərbi supergüc kimi baxmağı vadar edən bir amil var. Bu da ölkənin nüvə cəbbəxanasıdır.

"Silahlar üzərində nəzarət, təftiş və müqavilələrin icrasının monitorinqi" (Bureau of Arms Control, Verification and Compliance) təşkilatının 2013-cü ilin yekun məlumatına görə, ABŞ orsunun arsenalında 1688, Rusiya ordusunda isə 1400 nüvə başlıqlı qitələrarası ballistik raketin mövcud olduğu bildirilir. Qeyri-nüvə başlıqlı ballistik raketlərin sayında da Amerika üstünlüyə malikdir. Ölkənin hazır vəziyyətdə olan 809, Rusiyanın isə 473 belə raketi var.

Bu ümumi mənzərədən aydın olur ki, Rusiya əsas aspektlərdə Amerikaya məğlub olur. Daha detallı şəkildə müqayisə aparsaq, buna tam əmin olmaq olar:

Şəxsi heyət

Rusiya ordusunun şəxsi heyətinin sayı 1 milyon nəfərdən ibarətdir. Onlardan 300 mini səfərbərlik əsasında çağırılan müddətli hərbi quluqçular, 70 mini qərargah işçisi və nazirlik aparatının əməkdaşlarıdır.

Amerika ordusunun isə 1,4 milyonluq şəxsi heyəti bütövlükdə peşəkar hərbiçilərdən ibarətdir.

Rusiya Federasiyasının səfərbər edilə biləcək ehtiyatı 31 milyon nəfər (17-49 yaşlı kişilər) qiymətləndirilir. ABŞ isə ağır günlərində 56 milyonluq ehtiyat gücə sahibdir.

Zirehli texnika

Amerika ordusunda 1.963 "Abrams" markalı tank mövcuddur. Bundan başqa, 2.400 M1A1 və 2.385 M1 tankı da istənilən an ordunun köməyinə gələ bilər.

Rusiya ordusunda isə ən müasir T-90 tankının 500 nümunəsi var. Əlavə olaraq, 4.500 T-80 və 12.500 T-72 tankı da döyüşə yararlı vəziyyətdədir. Müqayisədən görünür ki, Rusiya tank sayında ABŞ-ı bir neçə dəfə üstələyir. Amma nəzərə almaq lazımdır ki, texniki göstəricilərinə görə, "Abrams" tankları T-90-ları qat-qat üstələyir.

Amerika ordusunda 6.500 "Bredli" markalı Piyadaların Zirehli Döyüş Maşını (PDM) istifadə olunur.

Rusiyanın müxtəlif modifikasiyalı 13.200 belə hərbi maşını mövcuddur.

Artilleriya və aviasiya

ABŞ 2.000 reaktiv artileriya qurğusuna malikdir. Rusiya üçün bu rəqəm 6.800 təşkil edir.

Dünyada ən çox hərbi aviasiyaya malik Amerika ordusunda 144 strateji bombardumançı (66 ədəd B-1, 20 ədəd B-2, 58 ədəd B-52) və 1.629 qırıcı (471 ədəd F-15, 968 ədəd F-16, 179 ədəd F-22, 11 ədəd F-35) var. Xüsusən vurğulamaq lazımdır ki, Amerika dünyada yeganə ölkədir ki, 5-ci nəsil qırıcı təyyarəyə - FF-22 Raptor ("Bumeranq" adıyla məşhur olan - B-2 Stealth Bomber Red Flag 09-2) sahibdir.

Rusiya Müdafiə Nazirliyi ölkənin aviasiya potensialı barədə infirmasiyaların bir hissəsini məxfiləşdirdiyinə görə bu sahədə tam dəqiq məlumat yoxdur.

Əldə olan məlumatlar: rusların 80 strateji bombardmançısı (16 ədəd Tu-160, 64 ədəd Tu- 95MS), 150 uzaq bombardmançı və 953 qırıcı təyyarəsi mövcuddur.

Hava Hücumundan Müdafiə Sistemlərinin müqayisəsi zamanı tərəflərin təxminən bərabər gücə malik olduqları aydın our. Belə ki, Rusiya hərbi sənayesi Hava Hücumundan Müdafiə Sistemlərinin təkminləşdirilməsində böyük uğurlar qazanıb. S-400 Hava Hücumundan Müdafiə Sistemi bütün döyüş xarakteristikalarına görə dünyada analoqu olmayan sistem sayılır. Hətta ABŞ sənayesinin fəxri olan "Patriot" sistemləri də S-400 qarşısında acizdir. Məhz buna görə hərbi ekspertlərin fikrincə, mümkün Amerika-Rusiya müharibəsi zamanı Rusiya səmasında Amerika döyüş təyyarələrinin uğur qazana bilmə ehtimalı sıfra bərabərdir. Amma eynisi Rusiya aviasiyasının Amerika səmasındakı "fəaliyyətinə" də şamil edilə bilər.

Dəniz donanması

ABŞ və Rusiyanın Hərbi Dəniz qüvvələrinin müqayisə etsək aydın olar ki, Amerikadan fərqli olaraq, Rusiyanın heç bir zaman aviasiya daşıyıcı hazırlamaq ənənəsi olmayıb. Məhz bu səbəbdən Rusiya 2008-ci ildə Fransadan 2 "Mistral" tipli aviadaşıyıcı almaq barədə razılaşma imzalayıb. Halbuki ABŞ Hərbi Dəniz Donanması 2013-cü ilin məlumatlarına görə, öz sıralarında "Nimits" tipli 10 aviadaşıyıcı birləşdirir. Hələ 2014-cü ildə yeni nəsil CVN-78 tipli aviadaşıyıcının ilk nümunəsinin istifadəyə verilməsi də nəzərəd tutulur. Yeni aviadaşıyıcı göyərtəsində pilotsuz uçuş aparatları da daxil olmaqla, eyni vaxtda 100-ə qədər təyyarə yerləşdirə bilər.

Ümumilikdə, Rusiya Hərbi Dəniz Qüvvələri 142 minlik şəxsi heyətə malikdir. Müqayisə üçün ABŞ-ın yalnız dünya sularında olan Hərbi Dəniz Qüvvələri 300 mindən artıqdır. Dünyanın ən böyük aviadaşıyıcı gəmisi – Corc Buş – ABŞ-a məxsusdur.

246 hərbi gəmisi olan Rusiya ABŞ-ın 255 gəmidən ibarət hərbi donanması ilə üzləşməli olacaq. Ballistik raketlə təchiz olunmuş 16 rus atom sualtı qayığına qarşı ABŞ yalnız 14 belə sualtı qayıqla cavab verə bilər. Bundan əlavə, 21 uzaqmənzili qanadlı raketlə təchiz olunmuş rus sualtı gəmilərinə qarşı ABŞ-ın arsenalında yalnız 9 analoq var. Amma, ümumilikdə, atom sualtı qayıqlarının sayına görə, ABŞ üstündür. Rusiyada 12 atom sualtı qayığı olmasına qarşılıq ABŞ-da bu say 54-ə bərabərdir.

Digər tərəfdən, ABŞ-da qitələrarası ballistik raketləri üç hədəfə parçalanmaq gücündədir. Bu hesabla ABŞ-ın nüvə potensialını mövcud göstəricilərdən 3 dəfə artıq götürmək lazım gəlir.

Tarix
2014.03.22 / 00:27
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla