Yuxarı

Ruhani İrəvanda da bu addımı atarsa…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfərini şərh edən politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçinin sözlərinə görə, İrəvan bu səfərin uğurlu keçməsi və müxtəlif sazişlər imzalanması üçün əlindən gələn hər şeyi edəcək:

"Həsən Ruhani iki dəfə Azərbaycana rəsmi səfər edib, Ermənistanda isə hələ bir dəfə də olmayıb. Tehranda anlayırlar ki, Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq. Tehran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir".

Politoloq Ermənistanla sıx münasibətlər fonunda İranın İsarillə olan əməkdaşlığımızı arqument olaraq irəli sürməsini Tehranın bəhanəsi adlandırıb:

"Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etsə, İran da Ermənistanla əməkdaşlıqdan imtina edəcəkmi? Bu suala konkret cavab vermirlər, İranın bütün qonşularla, o cümlədən Ermənistanla normal münasibətlərə malik olmaq istədiyini bildirirlər. Demək, İsrail bəhanədir. Ancaq iranlı diplomatlar hər dəfə deyirlər ki, Azərbaycanın yeri onlar üçün başqadır, Terhan Azərbaycan və Ermənistanla müqayisədə Bakıya üstünlük verir. Buna inanmağımız üçün İran prezidenti Azərbaycanın ərazi bütövlüyü haqqında Bakıda söylədiyi fikirləri İrəvanda təkrarlamalıdır".

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bu həftə Ermənistana səfər edəcək. Ruhani Ermənistandan sonra Qazaxıstan və Qırğızıstana yollanacaq.

Tarix
2016.11.22 / 14:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla