Yuxarı

Həsən Məmmədov gəlinin cehizini necə oğurladı?.. – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Həsən Məmmədovun doğum günüdür.

Axar.az xatırladır ki, Həsən Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.

1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960-1961) işləyib.

H.Məmmədov 50-dən çox filmdə çəkilib. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad) və digər filmlərində aparıcı rollar oynayıb.

Xalq artisti Rafiq Əzimov dostu, eyni zamanda tələbə yoldaşı olan Həsən Məmmədov haqda xatirələrini Modern.az-la bölüşərkən deyib:

"Həsən Məmmədov tələbəlik vaxtı Poluxin küçəsində tək özü kirayədə yaşayırdı. O evdə çox olmuşam. Hərdənbir Salyandan Həsənin anası gələrdi. Sonrakı illər isə böyük qardaşı evləndi, o da gəldi bir müddət Həsənlə yaşadı.

Həsən Məmmədov xaraktercə qaynayıb-qarışan deyildi. Sadəlövh idi. Tələbə yoldaşlarımızdan Tofiq İsmayılovun ad günü idi. Biz də bir on nəfərə kimi daha mehriban idik, mütləq ad gününə gedib Tofiqi təbrik etməliydik. Razılaşdıq, danışdığımız vaxtda bir dəstə uşaq Tofiqgilin evinə gəlmişik. Tələbəyik də, hərəmiz yüngülvari hədiyyə almışıq. Ailəsi, qohumları bizim üçün də yer saxlayıblar, hamımız əyləşmişik, Həsən yoxdu, vaxt keçir, Həsən yoxdu. Fikirləşirik ki, yekə kişidi, bu niyə belə etdi. Artıq süfrə açıldı, yemək-içmək başladı, sağlıqlar deyildi, bir də gördük qapı döyüldü. Həsən gəldi, əlində də qəzetə sarılmış bir dənə hədiyyə paketi tutub. İndi hamımız düşmüşük bunun üstünə ki, "hardasan, yekə kişisən, danışmışıq axı".

"Neynim, hədiyyə üçün hər yeri axtardım, tapa bilmədim, evdə bir dənə şüşə var idi, onu götürüb gəldim". Həsən şüşəni açdı, gördük, bir dənə yekə büllur vazadır. O vaxt büllur vazanı tapmaq hər adamın işi deyildi. Xaricdən gətirir, od qiymətinə satırdılar. Sən demə, bu, Həsənin qardaşı arvadının cehizidir, onu vurub qoltuğuna gəlib. Tofiqgilin də bir dənə köhnə pianoları vardı. Vazanı pianonun üstünə qoyublar. Biz heç nə yemirik, Həsən də oturub. Elə bil ki, belə də lazımdır. Hamımızın gözü vazadadır, Tofiq İsmayılov, onun atası, anası-hamısı vazaya baxır. Yedik, içdik, təbrik etdik, sağollaşdıq. Çölə çıxanda soruşdum:

- Həsən, o nədir elə?

- Nədi, pisdir?

- Yox ee, tələbə adamsan.

- Nə bilim, heç nə tapmadım.

Səhər instituta gəldik. Həsən mənimlə lap məhrəmdi deyə, yavaşca dedi ki, "evdə qırğındır". Soruşdum "nə olub?". Dedi "qardaşım gəlib, arvad düşüb onun üstünə ki, evə oğru gəlib, vaza yoxdur".

Həsən o vazanı adi bir şey bilib. Evə gəlib, qardaşı Həsənin üstünə düşüb ki, necə sənin xəbərin yoxdu, bəlkə sınıb? Həsən də deyib "dostumun ad günüydü, ona apardım". Qardaşı hirslənib: "Sən dəlisən-nəsən, necə yəni dostumun ad günüydü, o cehizdi, onun nə qədər qiyməti var".

Bunun abrını büküblər ətəyinə, dərsə pərt gəlib. Amma hədiyyəni qaytarmazlar, elə şey olar?

Dedim "ay Həsən, nətər gedib deyək Tofiq, sənə hədiyyə gətirmişik, onu qaytar".

- İndi mən neyləyim?

Tofiq də məsələni bildi. Axırda haçandan-haçana Tofiq vazanı gətirdi. Hədiyyəni Həsənə verdi ki, ala, apar, qoy yerinə, ayıbdı".

Tarix
2016.11.22 / 14:56
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla