Yuxarı

Deputatdan daha bir Qarabağ təşəbbüsü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tarixi İhlara bölgəsində Qarabağ parkı açılacaq.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva İhlara bələdiyyə başqanı İsmail Yılmaz ilə görüşüblər.

Q.Paşayevanın qədim İhlaranın mərkəzində Qarabağ Parkının salınması təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı bunun yaxın zamanlarda reallaşacağını bildirib.

Millət vəkili ölkəmizin tarixi, mədəniyyəti, Xocalı soyqırımı, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib.

İsmail Yılmaz Türkiyə və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını da vurğulayıb.

Görüşdən sonra İhlara bölgəsində salınmağa başlanan yeni parkla tanışlıq olub və Q.Paşayevanın parka Qarabağ adının verilməsi təklifi qəbul olunub.

Tarix
2016.11.22 / 15:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla