Yuxarı

Əliyev patriarx Kirilə məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Moskva və bütün Rusiyanın patriarxı Kirilə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

APA-nın verdiyi məlumata görə, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub.

Təbrik məktubunda deyilir:

"Zati müqəddəsləri, 70 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin ümumbəşəri dəyərlərin təsdiqinə, sülh və anlaşmaya, sivilizasiyalararası dialoqun dərinləşməsinə, mədəniyyətlərarası və millətlərarası münasibətlərin möhkəmlənməsinə yönəlmiş ali missiyanız Sizə böyük hörmət və ehtiram qazandırıb. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dost və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də xalqlarımız arasında dinlərarası və konfessiyalararası dialoqun inkişafına dair planınız Azərbaycanda yüksək qiymətləndirilir. Bu əlamətdar gündə sizə səmimi qəlbdən bütün işlərinizdə uğurlar, uzun ömür və can sağlığı arzulayıram".

Tarix
2016.11.22 / 16:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla