Yuxarı

Deputat: “Əgər İraq müdaxilə etməsə…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Azərbaycanda səfərdə olan İraq Türkman Cəbhəsinin sözçüsü, Kərkük Əyalət Məclisi üzvü Əli Mehdi ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə İraq türkmanlarının Kərkük və Telafərdə yaşadığı problemlərdən danışılıb.

Son günlər İŞİD-in İraqda türkmanlara qarşı həyata keçirdiyi insanlıq dramından narahatlığını ifadə edən millət vəkili bildirib ki, İraq mərkəzi hakimiyyət orqanları hər bir İraq vətəndaşı kimi, türkmanların da haqq və hüquqlarını müdafiə etməyə borcludur.

"Beynəlxalq güclər, İraqa qonşu ölkələr, eləcə də türk dünyası mənəvi məsuliyyət daşıyır. Ümid edirik ki, daha böyük faciələr yaşanmadan bölgədə vəziyyət nəzarət altına alınacaq. İraq türkmanlarının son 60 ildə yaşadığı acıların artması və onları evlərindən didərgin salan səbəbləri türk dünyası yaxşı bilməli və dəstək olmalıdır. Hər zaman qardaşlarımızın yanındayıq və bütün türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq".

Azərbaycanın hər zaman İraq türkmanlarına böyük diqqət göstərdiyini deyən Əli Mehdi humanitar istiqamətdə layihələrin artırılması ilə bağlı təkliflər verib.

Görüş zamanı layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Q.Paşayeva bundan sonra da bütün beynəlxalq tədbirlərdə İraq və Suriya türkmanlarının vəziyyətini diqqətə çatdırmağa çalşacağını bildirib.

Millət vəkili rəhbərlik etdiyi təşkilatın İraq Türkman təşkilatları ilə ortaq layihələrinin artacağını da vurğulayıb.

Tarix
2016.11.22 / 17:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla