Yuxarı

Azərbaycan Kremlin qərarını gözləyir: İrəvan isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistanla birgə Vahid Ordu Bölmələri yaratmaq qərarı fonunda ortaya bəzi müəmmalı məsələlər çıxıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, erməni tərəfi hazırda bu vəziyyətdən məharətlə istifadə edir:

"Hələ ilkin razılaşma əldə olunub, əsaslı sənəd isə hazırlanmayıb. Xüsusi sazişin mətni üzərində işlər gedir. Burada Rusiya ilə Ermənistan arasında üst-üstə düşməyən məqamlar var. Bu, birbaşa Dağlıq Qarabağla bağlıdır. Erməni tərəfi Rusiya ilə yaradılacaq birgə hərbi qoşunların bu və ya digər şəkildə mümkün Qarabağ müharibəsində iştirakını istəyir. Ancaq Rusiyanın məqsədi tamam başqadır. Yəni Rusiya əsas hədəf kimi Azərbaycanı yox, Yaxın Şərq və Cənubi Qafqazda gedən hərbi-siyasi proseslərin ona qarşı çevriləcəyindən ehtiyatlanır və buna reaksiya verir. Məsələ orasındadır ki, hazırda İrəvan və Moskva arasındakı fikir ayrılıqları ilə tanış deyilik. Çünki proses qapalı gedir".

Ekspertin sözlərinə görə, erməni tərəfi informasiya qıtlığından istifadə edərək qərarın daha çox Azərbaycana qarşı olduğunu göstərməyə çalışır:

"Yəni mümkün müharibədə Rusiya Ermənistanın tərəfini tutacaq və qoşunların yaranması da buna sübutdur. Əslində, bu, reallıqdan uzaqdır. Azərbaycan prosesin nəticəsini gözləyir. Hər şey yekun sənəddən asılı olacaq. Yəni sənəddə birgə vahid ordu birləşmələrinin məqsəd və vəzifələri göstərilməlidir. Əgər konkret olaraq milli maraqlarımıza zidd müddəalar ortaya çıxarsa və təhlükə hiss etsək, onda vəziyyət başqa cür olacaq. Rusiya çox yaxşı bilir ki, əleyhimizə olan hər hansı bir müddəa birbaşa Azərbaycanla münasibətlərin yüksək səviyyəsini şübhə altında qoyacaq. Ona görə də Moskva bundan ehtiyatlanır".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Bölmələrinin yaradılması haqqında bir müddət əvvəl hazırlanan razılaşmanı imzalamaq haqqında əmr verib.

Razılaşmaya əsasən, rəhbəri Ermənistan və Rusiya prezidentləri tərəfindən təyin ediləcək vahid ordu bölmələri dinc şəraitdə Ermənistan Baş Qərargahına tabe olacaq, müharibə vəziyyətində isə Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin tabeliyinə keçəcək.

Tarix
2016.11.23 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla