Yuxarı

İlham Əliyev və xanımı sərgidə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycan Prezidentinə sərgi barədə məlumat verdi. Bildirildi ki, Əmlak Məsələləri Dövlət Komitəsi, "Elan Ekspo" və "Atılım Fuarcılık" şirkətlərinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunur.

Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin nümayiş etdirildiyi sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayədarların ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi məsələsində də sərgi mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərinin və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da önəmlidir.

Dövlət başçısı sərginin pavilyonları ilə yaxından tanış olub.

Tarix
2016.11.23 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla