Yuxarı

Ermənistan bu reallıqlarla barışacaq – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. O bildirib ki, Azərbaycan cəmiyyətinin Aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu ilə azad olunacağına ümidləri özünü doğrultmadı:

"Dağlıq Qarabağın "müstəqilliyini" istəyən Ermənistanın özü müstəqilliyini itirib. Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi torpaqlarımızınn işğal altında olmasıdır. Faktiki Azərbaycan özünü gələcək hərbi toqquşmaya hazırlayır. Çünki indiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil. ATƏT-in Minsk Qrupu həmsədrləri torpaqların azad olunmasını Dağlıq Qarabağın status müzakirələri ilə əlaqələndirdilər. Bu isə münaqişənin paket həll variantıdır ki, Azərbaycan heç bir halda bunu qəbul etməyəcək".

Siyasi şərhçiyə görə, danışıqlarda hazırkı susqun gedişat torpaqları geri almaq üçün mütləq ordudan istifadəyə dair inam formalaşdırır:

"Apreldəki döyüşlər buna nümunədir. Demək, Ermənistan daha böyük əraziləri itirməklə başqa reallıqla da barışa bilər. Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğaldakı torpaqları geri qaytarmayacaq".

Azərbaycanın silah və hərbi texnikanı yalnız Dağlıq Qarabağ münaqişəsinə görə əldə etmədiyini, ölkəmizin həssas bölgədə yerləşdiyini qeyd edən politoloq hesab edir ki, Azərbaycan güclü ordu formalaşdırmaqla özünü kənar müdaxilələrdən qoruyur və sığortalayır:

"Yaxın Şərqdəki müharibələr və dövlətlərin parçalanması da Azərbaycanın güclü orduya malik olmasını diktə edir. Rusiyanın Ermənistana verdiyi İsgəndər raketləri hələ də müzakirə predmetidir. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir, ona görə də "İsgəndər"ləri Ermənistanda yerləşdirdi. Rəsmi Bakı isə hərbi balansı yenidən öz xeyrinə dəyişməyə çalışır. Pakistan, İsrail, Türkiyə və Ukraynadan alınacaq modern silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək".

E.Şahinoğlu onu da bildirib ki, "İsgəndər" raketləri Ermənistana müvəqqəti olaraq müəyyən üstünlük qazandırıb:

"Hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Sərkisyanın bu yaxınlarda Ermənistanın silah almağa pulunun olmamasını açıqlaması onun ən böyük etirafı idi. Yəni belə olan halda Ermənistan daha çox Rusiyaya sığınması onun müstəqlliyini məhdudlaşdırır. Belə çıxır ki, illərlə Dağlıq Qarabağın "müstəqilliyi" uğrunda savaşan, Azərbaycan və Türkiyə ilə düşmən olan, vətəndaşlarını ölümə göndərən Ermənistanın özü müstəqilliyini itirib".

Tarix
2016.11.23 / 12:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla