Yuxarı

“Bu cəmiyyətlər böyük faciələrlə üzləşəcəklər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat Mərkəzində Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar" mövzusunda beynəlxalq forum keçirilib.

Axar.az xəbər verir ki, forumda millət vəkili Qənirə Paşayeva xarici ölkələrdən gələn gənclərə çağırış edərək Azərbaycanın tolerantlığa verdiyi dəyərdən danışıb, xalqımızın tarixən öz fəlsəfi görüşündə "dünya bizim evimizdir" prinsipini rəhbər tutduğunu deyib.

Q.Paşayeva gəncləri bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıb:

"Rasizm, neorasizm, nifrət və dözümsüzlüyün artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində birlikdə daha çox işlər görməliyik. Əks təqdirdə, bu, yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Biz 20-ci əsrdə yaşanan faciələri unutmamalıyıq. Məhz Ermənistanda dövlət siyasəti olaraq gənc nəsillərdə azərbaycanlılara qarşı yaradılan nifrət duyğusu 1988-ci ildə bu ölkədən 100 minlərlə azərbaycanlının silah gücünə, zorla öz doğma torpaqlarından çıxarılması və Ermənistan monoetnik bir dövlətə çevriməsi ilə nəticələndi. Bir milyondan çox azərbaycanlı 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalı şəhərində dinc azərbaycanlılara soyqırım həyata keçirib. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Rasizm və dini dözümsüzlüyün artdığı cəmiyyətlər mütləq ciddi problemlər və faciələrlə üzləşəcəklər. Azərbaycanda yaşayan müxtəlif din və millətlərin nümayəndələri heç vaxt bu cür hallarla rastlaşmayıblar. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur".

Tarix
2016.11.24 / 12:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla