Yuxarı

Su-24-ün məhvindən 15 iyul qiyamına gedən yol – FETÖ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyanın Su-24 bombardmançı təyyarəsinin Türkiyə ordusu tərəfindən vurulmasının ildönümüdür.

Axar.az xatırladır ki, keçən il noyabrın 24-də baş verən hadisə zamanı 1 Rusiya hərbçisi (Oleq Peşkov) həlak oldu. İnsidentdən dərhal sonra Rusiya-Türkiyə münasibətləri gərginləşdi. Türkiyə baş verən hadisəni rus pilotun hava sərhədini pozması ilə izah etdi. Rusiya Müdafiə Nazirliyi isə hava sərhədinin pozulmadığını iddia edib, qarşı tərəfdən üzr gözlədiklərini bildirdi.

Türkiyənin üzr istəməyəcəyini açıqlaması ilə siyasi gərginlik daha da artdı. Prezidenti Vladimir Putin ölən rus pilotuna Rusiya Qəhrəmanı adını verdi. Noyabrın 25-də isə Moskvadakı Türkiyə səfirliyi qarşısında bir neçə yüz nəfərin iştirakı ilə etiraz aksiyası keçirildi. Rusiya polisi hadisəyə müdaxilə etmədi və nəticədə səfirlik daş, yumurta atəşinə tutuldu.

Bunun ardınca rus mətbuatı aktiv şəkildə Türkiyəyə qarşı kampaniyaya başladı. Ölkə mətbuatı Ankaranı İŞİD-ə dəstəkdə ittiham etdi. Üstəlik, pilot Oleq Peşkovu açdıqları atəşlə öldürən türkmanlar Türkiyə tərəfindən xüsusi olaraq yaradılmış "Bozqurd" təşkilatının üzvləri kimi təqdim olundu və "Bozqurd" terrorçu təşkilat adlandırıldı.

İnsident Rusiya rəsmilərinin də sərt qınaq obyektinə çevrildi. Prezident Vladimir Putin yaşanan hadisəni Türkiyənin arxadan vurduğu bıçaq kimi dəyərləndirdi. Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə daha irəli gedərək, Türkiyənin parçalanmasını, ermənilər və kürdlərin silahlandırılmasını tələb etdi. Nəticədə Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməyə başlanıldı.

İki ölkə arasında gərgin münasibətlər bir neçə ay sonra Ankaranın Moskvaya üzrxahlıq məktubu göndərməsi ilə normallaşmağa başladı. Münasibətlərin düzəlməsində aktiv rolu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, Dağıstan lideri Ramazan Abdulatipov oynadı. Moskva ölkəyə dəymiş zərərə görə təzminatın ödənilməsindən imtina etdi. Rusiyanın 15 iyul qiyamında tutduğu mövqe isə ümumiyyətlə, rəsmi Ankaranın Moskvaya daha isti yanaşmasını şərtləndirdi. Avqustda Prezident Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqa səfəri və buradakı çıxışı zamanı Moskvaya iyulun 15-də baş verən çevriliş cəhdi zamanı göstərdiyi dəstəyə görə təşəkkür etməsi artıq gərginliyin arxada qaldığının soraqçısı idi.

Türkiyə mediasında isə Su-24 insidentinin baş verməsinin arxasında FETÖ terror təşkilatının dayanması ilə bağlı iddialar yer almağa başladı. Tezliklə, Peşkovun ölümündə ittiham edilən Alparslan Çelik İzmirdə həbs edildi.

İki ölkə arasında münasibətlərin yenidən inkişaf mərhələsinə qədəm qoyması Putinin bir müddət öncə Ankaraya səfəri ilə müşayiət olundu.

Tarix
2016.11.24 / 13:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla