Yuxarı

Banklar bu yolla xilas ola bilərlər - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" mövzusunda bank forumu işə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov məlumat verib. Ekspert bildirib ki, foruma müstəqil iqtisadçıların da dəvət edilməsi müsbət hal olsa da, məruzəçilərin yalnız dövlət və maliyyə-bank sektorunu təmsil etməsi diqqəti çəkməyə bilməzdi:

"Halbuki müstəqil məruzə bankirlərə iqtisadçıların kənar qiymətləndirməsi ilə problemlərini müzakirə imkanı yarada bilərdi. Əslində, bank sektorunun daxili qiymətləndirmə ilə yanaşı, bəlkə də daha çox kənar dəyərləndirmələrə ehtiyacı var. Çünki bu sektorun problemləri kənardan daha yaxşı görünür. Bank sektoru iqtisadiyyatın mühərikidir və bu sistemin sağlamlaşdırılmasına ehtiyac var. Forumda bank sektoruna təsir baxımdan ən çox qeyd edilən məsələ təbii ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi və milli valyuta ilə bağlı oldu. Ancaq bunlar baş verməsəydi, bank sektorunda mövcud problemlər olmayacaqdı? Birmənalı şəkildə nefti bumu dövründə bank menecmentində buraxılan səhvlər və "yüksək faizlə daha çox gəlir əldə etmək istəyi" hətta neftin qiyməti aşağı düşməsəydi belə, bu sektorda ciddi problemlər yaradacaqdı. Neftin qiymətinin yüksək olduğu dövrlərdə də belə bu siqnalar və mesajlar var idi. Sadəcə, Mərkəzi Bank öz işini bu siqnallar üzərində qurmadı. Neftin qiymətinin yüksək olduğu dövrdə də problemli kredit və aktivlərin həcmi demək olar ki, hər il əvvəlkinə nisbətən artırdı, kredit götürənlər pramida prinsipi ilə borclarını bağlayıb daha böyük borclanmaya gedirdilər. Bu, ciddi və görünən siqnallar idi. 2012-ci idə yazdığım kimi "ödəmə qabiliyyətini yoxlamadan çay evlərində yüksək faizli plastik kartlar paylayan banklar" gec-tez müflisləşmə təhlükəsi ilə üz-üzə qalacaqlar və təəssüf ki, qaldılar".

İqtsadçının sözlərinə görə, hazırda bankların sağlamlaşdırılması üçün problemli aktivlərlə (toxic assets) bağlı yeni proqramın qəbul edilməsi və onların yenidən strukturzasiyasının aparılması vacibdir:

"Bütövlükdə, banklar iqtisadi çətinliklərdən qurtulmaq istəyirlərsə, menecemetlərini təkmilləşdirməli, şəffaf və hesabatlı olmalı, ən əsası isə müştəri və hətta kredit borcunu qayatara bilməyənlərlə hədə ilə deyil, təşviqedici dildə danışmağa öyrəşməlidirlər".

Tarix
2016.11.24 / 17:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla