Yuxarı

Rusiyanın İrəvanı sürətlə silahlandırması... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistanı bu qədər sürətlə militaristləşdirməsi birbaşa ekspansiyadır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Astan Şahverdiyev deyib. Deputatın sözlərinə görə, İrəvanın son addımları sübut edir ki, əslində, Ermənistan heç dövlət deyilmiş:

"Rusiya forpostu ilə nə cür istəyir, elə də davranır. Rusiyanın Ermənistanla birgə vahid ordu birləşmələri yaratmaq qərarını mənfi qiymətləndirirəm. Rusiya bütün dövlətlərin və millətlərin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, bu deklarasiyaya əks addımlar atır. Rusiyanın I Qarabağ savaşında nələr etdiyini bütün dünya bilir. Bu yaxınlarda bir türk diplomat çox yaxşı vurğuladı ki, Rusiya bütün dünyanın gözü qarşısında Qarabağı zəbt etdi. Azərbaycan məhz öz təhlükəsizliyini təmin etmək üçün silah alır. Ancaq Rusiyanın Ermənistanı bu qədər sürətlə militaristləşdirməsi birbaşa ekspansiyadır. Rusiyanın bu siyasəti İvan Qroznıdan gəlir. Yəni ictimai formasiya, quruluş dəyişir, ancaq siyasət dəyişilməz qalır".

Getdikcə daha da gərginləşən Rusiya-ABŞ münasibətlərinə gəlincə, millət vəkili bu fonda qlobal müharibəni istisna edib:

"Lokal müharibələr davam edəcək, ancaq III Dünya savaşı baş verməyəcək. Çünki hegemon güclər - ABŞ, Çin, Hindistan, Pakistan və Rusiya nüvə silahına malikdir. Bununla zarafat etmək olmaz".

Tarix
2016.11.25 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla