Yuxarı

Ermənilərin bütün cəhdləri iflasa uğradı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımların atılacağı bir il ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert 2016-cı ilin Aprel hadisələrini Azərbaycanın siyasi, hərbi və diplomatik uğuru hesab edir:

"Lakin problem hələ də həll olunmayıb. Düşünürəm ki, ilin sonuna qədər danışıqlar prosesində müsbət tendensiyanın olacağı sual altındadır. ABŞ-ın yeni prezidentinin inauqurasiyasından sonra qlobal müstəvidə olmasa da, xarici siyasətdə müəyyən dəyişikliklər mümkündür. 2017-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımların atılacağı bir il ola bilər. Çətinliklər çoxdur, ancaq dünya miqyasında Dağlıq Qarabağ münaqişəsinə baxış dəyişib. Ermənilərin Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı bütün cəhdləri iflasa uğradı".

Politoloq hazırda Cənubi Qafqaza diqqətin həddindən artıq böyük olduğunu bildirib:

"Rusiyanın üzərinə çox böyük səlahiyyət düşür. Əgər şimal qonşumuz nüfuzunu artırmaq və regiondakı bütün meqalayihələrə qoşulmaq istəyirsə, Qarabağ məsələsi mütləq həllini tapmalıdır. Zaman Azərbaycanın xeyrinə işləyir, lakin bizi qarşıda istənilən planda böyük çətinliklər gözləyir. Artıq müsbət istiqamətdə müvafiq addımlar atmağın vaxtı yetişib. Ermənistana qarşı hərbi, siyasi və iqtisadi sahədə hərtərəfli hücumlar davam etməlidir. Ayrıca, Bakı-Tiflis-Qars dəmiryolunun açılışı da münaqişənin həllində müsbət addım kimi qeyd edilə bilər".

Ekspert onu da əlavə edib ki, həddindən artıq ağır silahların regionda cəmləşməsi və ümumiyyətlə, dünyanın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların davamı problemlər yarada bilər.

Tarix
2016.11.25 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla