Yuxarı

Azərbaycanlı milyarderin ölüm hökmü ləğv edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ali Məhkəməsi milyarder Babək Zəncaniyə qarşı qəbul edilən ölüm hökmünü ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İSNA agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, martın 7-də İran məhkəməsi milyarder Babək Zəncaniyə edam hökmü çıxarıb. Zəncani İranın neft pullarının mənimsənilməsində və çirkli pulların yuyulmasında günahlandırılır. Hazırda Zəncaninin 14 milyard dollar sərvəti var.

Güney Azərbaycandan olan məşhur milyarder Rza Zərrab (hazırda ABŞ-da həbs altındadır – red.) onun Türkiyədəki əsas ortağı hesab edilir.

Bir müddət öncə də rəsmi Tehran Zəncaninin edam qərarının dəyişdirilə biləcəyini açıqlamışdı. Bunun üçün Zəncanidən ölkəyə olan 2,8 milyard dollarlıq borcunun geri qaytarılması tələb olunurdu.

Tarix
2016.11.26 / 12:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla