Yuxarı

Azərbaycan Konqresinin iclası keçirildi - Moskvada

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurasının iclası keçirilib.

APA-nın verdiyi məlumata görə, “Ukrayna-Radisson” hotelində keçirilən iclasda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ÜAK prezidenti Mammədbağır Əliyev, Rusiyanın regionlarındakı ÜAK bölmələrinin rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə ÜAK prezidenti M.Əliyev açıb. O, konqresin Mərkəzi Şurasının iclasın keçirilməsi üçün yetərsayın olduğunu bildirib. Daha sonra söz Azərbaycan prezidentinin köməkçisi Əli Həsənova verilib.

Əli Həsənov çıxışında Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin Azərbaycanda izlənildiyini söyləyib: "Təşkilat yarandığı gündən biz ÜAK-a Rusiya-Azərbaycan arasında olan siyasi, iqtisadi və digər sahələrdə olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün bir resurs kimi baxırıq. Biz bu resursdan məmnuniyyətlə istifadə edirik".

Prezidentin köməkçisi Azərbaycan və Rusiya arasında keçirilən görüşlərdə ÜAK-ın fəaliyyətinin müzakirə olunduğunu söyləyib: "Rusiya dövləti Ümumrusiya Azərbaycan Konqresinin dinamik fəaliyyətinin tərəfdarıdır. Ona görə də biz Konqresin güclü bir təşkilat olmasında maraqlıyıq".

Daha sonra ÜAK icraçı katibi İlqar Hacıyev təşkilatın 2015-2016-cı illərdə gördüyü işlərlə bağlı hesabatla çıxış edib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, səfir Polad Bülbüloğlu çıxış edərək, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.

Tarix
2016.11.26 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla