Yuxarı

İtalyan jurnalist ölkəmizdən yazdı: “Qafqazda ən...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “L’opinione” qəzetində jurnalist Domeniko Letisiyanın “Yüksək texnologiyalar dünyası Bakıda görüşür” (“Il mondo dell’hi-tech si incontra a Baku”) adlı məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalə “Bakutel-2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransına həsr edilib.

Tədbirin müxtəlif sərgi, konfrans və görüşlərdən ibarət olduğunu bildirən jurnalist onu Qafqazın bu sektorda ən irimiqyaslı sərgisi adlandırır. Jurnalist tədbirə Azərbaycan, Türkiyə, İsrail, İtaliya da daxil olmaqla, bir sıra Avropa dövlətlərindən 200-dən çox şirkətin qatıldığını qeyd edir. Məqalədə Azərbaycan hökumətinin rabitə və yüksək texnologiyalar sahəsinə ayırdığı diqqət və qayğı barədə danışılır.

Domeniko Letisiya “Bakutel-2016”-nın təqdim etdiyi yeni layihələr arasında görmək qabiliyyətini itirmiş uşaqlar üçün audio kitabxana və muzey materiallarının rəqəmsal saxlanılması layihələrinin xüsusi maraq doğurduğunu yazır. Həmçinin, Azərbaycanda təşkil olunan çoxsaylı beynəlxalq sərgilərin Azərbaycan hökuməti ilə yanaşı BMT, Dünya Turizm Təşkilatı, Beynəlxalq Telekommunikasiya Birliyi kimi təşkilatlar tərəfindən də yaxından dəstəkləndiyini vurğulayır.

Tarix
2016.11.30 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla