Yuxarı

Sərkisyan Rusiyanın adamını belə vuracaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyan gələn ilin yazında keçiriləcək parlament seçkisində parlamentdəki çoxluğu itirməmək üçün bütün saxtakarlıqlara gedəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyanın noyabrın 26-da İrəvanda hakim Respublika Partiyasının qurultayında yenidən sədr seçilməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, qurultaydan əvvəl Ermənistanın yeni baş naziri Karen Karapetyan və yeni müdafiə naziri Vigen Sərkisyanın Respublika Partiyasına üzv olmaları maraq doğurur:

“Hökumətin başqa üzvləri də hakim partiyaya üzv qəbul olunublar. Bu, Sərkisyan üçün vacib idi. Çünki yeni baş nazir tərəfsiz qalsaydı, gələcəkdə Sərkisyana rəqib ola bilərdi. İndiki halda isə baş nazir partiya ierarxiyasına görə də Sərkisyana tabe olacaq”.

Politoloqa görə, Ermənistanda parlament seçkisindən sonra Karapetyanın baş nazir vəzifəsində qalması problematikdir:

“Çünki yeni konstitusiyaya görə, baş nazir son 4 ili Ermənistanda yaşamalıdır. Karen Karapetyan isə uzun müddət Rusiyada işləyib və bir neçə aydır Ermənistana qayıdıb. Bu durum Sərkisyanın maraqlarına cavab verir. Çünki parlament seçkisindən sonra Ermənistanda əsas səlahiyyətlər prezidentdə deyil, baş nazirin əlində cəmləşəcək. Respublika Partiyasının qələbəsi təmin olunduqdan sonra Serj Sərkisyan rahatlıqla baş nazir kreslosuna keçə bilər. 2012-ci ilin parlament seçkisində Respublika Partiyası 131 mandatdan 69 mandat əldə etmişdi. Sərkisyan bu dəfə də parlamentdəki çoxluğu itirməmək üçün bütün saxtakarlıqlara gedəcək”.

Qeyd edək ki, Ermənistanda parlament seçkisi 2017-ci il aprelin 2-sində baş tutacaq.

Tarix
2016.12.01 / 09:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla