Yuxarı

Millət vəkili: "İnsanlarımız xaricə üz tutur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva MM-in komitələrində 2017-ci ilin dövlət büdcəsi müzakirələrində səhiyyə sahəsində insanlarımızın üzləşdiyi bəzi problemlərdən danışıb, təkliflərlə çıxış edib.

Axar.az xəbər verir ki, bu gün hökumət üzvlərinin iştirakı ilə keçirilən Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" və "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q. Paşayeva səhiyyə sahəsində insanlarımızın üzləşdiyi bir sıra problemlərdən danışıb, təkliflərlə çıxış edib.

Millət vəkili Qənirə Paşayeva ilk öncə ölkəmizdə gözdə buynuz qişanın köçürülməsi, keratoplastika əməliyyatı ilə bağlı yaranmış problemlərdən danışıb və məsələnin qısa zamanda həllini tapmasının vacibliyini xüsusi vurğulayıb: "Bu gün bu əməliyyat üçün insanlarımız xarici ölkələrə üz tutur. Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində əməliyyatı həyata keçirmək üçün bütün imkanlar da var, yaxşı mütəxəssislər də. Amma buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Nə qədər insanlar var ki onların xarici ölkələrə əməliyyata getmək imkanı yoxdur, bəs onlar nə etsin? Gedənlər üçün də çox çətindir o vəsaiti tapmaq. Eyni zamanda nə üçün ölkəmizdə bu əməliyyat üçün imkanlar və mütəxəsislər varsa insanlarımız xaricə üz tutmalıdır? Nə üçün bu qədər pul xaricə getməlidir?Həm qanununvericilik bəzi qanunlara əlavələr etməklə, həm də icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacib məsələdir. Bu gün yüzlərlə insan ölkəmizdə bu əməliyyatın aparılmasını gözləyir və biz onlara dəstək üçün qısa zamanda məsələnin həllinə çalışmalıyıq."

Millət vəkili Q.Paşayeva həmçinin anadangəlmə eşitmə qüsuru olan uşaqların eşitmə qabiliyyətinin bərpası üçün əməliyyatın dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib. Bir çox ailələrin bu məsələdə övladlarına kömək edilməsi xahişi ilə müraciət etdiyini deyən millət vəkili Q.Paşayeva əməliyyatın baha olması səbəbindən ailələrin çoxunun buna imkanı çatmadığını və dövlətdən dəstək istədiklərini bildirib. Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və bildirmək istəyirəm ki, biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq deyib. Eşitmə qabiliyyəti olmayan uşaqlar sonra danışa da bilmirlər, ona görə də bu əməliyyatı kiçik yaşlarda həyata keçirmək lazımdır ki, tam müsbət nəticə alına bilsin, uşaqlar eşidib-danışa bilsinlər deyən millət vəkili Q. Paşayeva bildirib ki, dövlət zamanında dəstək göstərməklə, bu insanları əlilə çevrilməkdən xilas edə bilər. Əgər zamanında yardım edilməzsə, o insanlar əlilə çevrilir və hər ay dövlətdən əlilliyə görə pensiya alır deyən millət vəkili Q. Paşayeva bildirib ki, onlara gələcəkdə əlillik üçün ayrılacaq vəsaiti kiçik yaşlarda əməliyyat üçün ayrılarsa, həm insanımızı xilas edə bilərik, həm də dövlətin üzərinə gələcəkdə bu istiqamətdə düşəcək problemləri tamamilə azaltmış olarıq:"Bu istiqamətdə ailələrə dəstək üçün ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük iş görür.

Ölkəmizdə bunu həyata keçirəcək mütəxəssislər də var və dövlət tərəfindən bu əməliyyatların sayının artırılması üçün vəsait ayrılarsa, hər il ən azı 15-20 aztəminatlı ailəyə bu əməliyyatın dövlət hesabına həyata keçirilməsi onların övladlarının xilası olardı və buna böyük ehtiyac var. İnanırıq ki, bu məsələdə məhz bu cür ailələrin övladlarına dəstək istiqamətində dəstək daha da artacaq".

Tarix
2016.12.01 / 17:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla