Yuxarı

Ən böyük diləyimiz Türkiyə ilə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Türkiyənin Dənizli vilayətindən gəlmiş nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində geniş müzakirələr aparılıb.

Millət vəkili bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır:

“Qardaş Türkiyədə terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib. Azərbaycan və Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir. Azərbaycan və Türkiyəyə qarşı terror, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi birlikdə daha da gücləndirməliyik”.

Prezident İlham Əliyevin Türkiyəyə son səfəri və verdiyi mesajlara xüsusi toxunan millət vəkili deyib ki, ölkə başçısı əsil qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu, dosta, düşmənə çox önəmli mesajdır.

Görüşün sonunda Q.Paşayeva qonaqlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib.

Tarix
2016.12.02 / 17:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla