Yuxarı

Biznesmenlərimizin Azərbaycana marağı var - Maykl Lalli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 il ərzində 35-ə yaxın ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfərlər ediblər.

APA-nın məlumatına görə, bunu ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli deyib. O, səfərlər zamanı ümumilikdə 200-ə yaxın görüş keçirildiyini söyləyib: “Keçirilən görüşlərin nəticələrini görürük. 2017-ci ilə aid planlardan danışarkən deyim ki, müəyyən proqramlaşdırma işləri həyata keçirilir. Bunlardan biri ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyəti nəticəsində martda ABŞ-da keçiriləcək tədbir olacaq. Bu, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verə biləcək tədbirdir. Azərbaycan artıq məqsədlərini müəyyənləşdirib, bu məqsədlər qeyri-neft sektorunun inkişafı və diversifikasiya siyasətidir. Düşünürəm ki, bu məqsədi əldə etmək üçün müəyyən işlər görülməlidir”.

M. Lalli bildirib ki, Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərindən ikisi biznes mühitinin inkişafı və qeyri-neft sahəsini hədəfləyən investisiyanın cəlb olunmasıdır: “Bu istiqamətdə Azərbaycanda islahatlar keçirilir. Bu islahatlar sərmayənin Azərbaycana gətirilməsinə təkan verir. Amerika biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik və bu istiqamətdə işləyirik”.

Qonaq qeyd edib ki, ABŞ-la Azərbaycan arasında birbaşa hava nəqliyyatı var, bu isə özlüyündə əlaqələrin inkişafı üçün vacib addımdır: “Azərbaycanla informasiya texnologiyaları və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar var. Azərbaycan ABŞ-la kosmos sahəsində əməkdaşlıq həyata keçirir. ABŞ-ın ən son texnologiyalarından istifadə olunmaqla, Azərbaycanın öz peyki fəaliyyət göstərir”.

Tarix
2016.12.02 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla