Yuxarı

“Belə perspektivin uğuruna inanmıram” - Qarabağ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın da hesablaşacağı regional, siyasi və hərbi reallığı yetişdirmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O, hesab edir ki, hazırkı dövrdə Ermənistanla danışıqlardan imtina etmək və tərəf kimi yalnız Rusiyanı seçmək siyasi bəyanat olaraq cazibəli görünsə də, reallıqda bunu hüquqi baxımdan həyata keçirmək qeyri-mümkündür:

“Çünki biz bunaqədərki beynəlxalq siyasi addımlarımızdan ortaya gələn sənədlərdən imtina etmiş olarıq. Nəzərə alın ki, 1993-cü ildən bu yana Azərbaycan bütün diplomatik siyasi maşınını əsas akt, bəyanat və digər qərarlarla gücləndirib. Əksəriyyəti cəmiyyətə bəlli olan bu sənədlərin bir qismində müəyyən qədər neytral, digər qisimlərində Ermənistan daha açıq şəkildə Azərbaycan ərazilərini işğal edən tərəf kimi göstərilib. Hətta yerinə yetirilmədiyinə görə dəfələrlə pislədiyimiz BMT qətnamələrində də “erməni hərbi qüvvələri” ifadəsi əksini tapıb. İndi yaranmış şərait, sülh danışıqlarının nəticə verməməsi, reallıqda münaqişənin belə bir vəziyyətə gəlməsi fonunda torpaqlarının bütövlüyü təmin olunarsa, Azərbaycanın bölgədə idarəolunmaz bir gücə çevrilməsi ilə bağlı Kremldən olan yanaşmalara görə belə rəylər formalaşa bilər ki, bəli, biz bu danışıqlardan imtina etməli və real tərəflə üz-üzə qalmalıyıq. Belə olan halda guya Qərb Rusiyanı bizim dilimizlə ittiham edəcək və Qarabağın işğalında rol oynadığına görə siyasi və hərbi cəhətdən Azərbaycanın tərəfində iştirak edəcək. Mən belə perspektivin uğuruna inanmıram. Əksinə, bu, Azərbaycan-Rusiya münasibətlərini yenidən 90-cı illər durumuna qaytarmaq, on illər əldə olunan uğurların, əməkdaşlıq formatının üzərindən xətt çəkmək, həmçinin Ermənistanın ziyanına inkişaf edən ssenariləri dayandırmaq, o biri yandan düşmənin sanki bizim mövqeyimizdən öz maraqları üçün uğurla istifadəsinə şərait yaratmaqdır”.

Millət vəkili vurğulayıb ki, qəzəbli mövqeləri bir kənara qoyub daha realist düşüncə üzərində qərarlaşmaq zamanıdır:

“Ölkə rəhbəri öz strategiyası və gündəlik siyasi qərarlarında məhz bunu həyata keçirməkdədir. Qarabağı əldə etmək istəyən dövlət hərbi, siyasi, iqtisadi, diplomatik cəhətdən güclənməlidir. Bu, özlüyündə qarşı tərəfin mövqelərinə hər gün böyük zərbə vuracaq. Moskvanın da hesablaşacağı regional, siyasi və hərbi reallığı özümüz yaratmalıyıq. Belə olan təqdirdə artıq ulu öndəri 90-cı illərdə axtaran Moskvanın yenidən bizi o cür tərəf kimi saymağına əsas formalaşdıracağıq. Bilirsiz, o zaman Azərbaycan siyasi xaos yaşadığına görə atəşkəsə getmək istəyirdi. Onda bölgədə müharibə istəyən tərəflər Azərbaycan mövqeyini saya salmadılar. Elə ki, ilk zərbələr vuruldu, məlum Beyləqan əməliyyatından sonra Ermənistan öz üzərində zərbəni hiss elədi və Rusiyanın ovaxtkı rəhbərliyi gördü ki, Azərbaycan mövqeləri uğur əldə edə bilər, bu halda rəsmi Bakı ilə danışıqlar aktivləşdi və 1994-cü ilin mayın 12-də atəşkəs sazişi imzalandı. Ona görə də bizim üçün ən mühüm məsələ danışıqları hazırkı dövrdə kimlə aparmaq deyil. Bu, nəticəni dəyişməyəcək. Ən əsası tərəfləri bizimlə danışmağa vadar etməkdir. Bu perspektivi məhz ölkə rəhbəri öz siyasət ilə formaşlaşdırmaqdadır”.

Tarix
2016.12.03 / 09:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla