Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Sentyabr 2017


Prezident: Aprel döyüşləri bizim şanlı tariximizdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Tərtərə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə aprel döyüşlərinin bizim şanlı tariximiz olduğunu deyib.

Axar.az-ın məlumatına görə, prezident bildirib ki, dövlətimizin başçısı aprel döyüşləri zamanı Azərbaycan Ordusunun da, Azərbaycan vətəndaşının da qəhrəmanlıq göstərdiyini vurğulayıb. Ordumuzun düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazandığını söyləyən Prezident Azərbaycan Silahlı Qüvvələrinin əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad etdiyini diqqətə çatdırıb. “Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

"Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da.

Bizim tarixi coğrafiyamız çox geniş olub”, - deyən dövlətimizin başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib.

Tarix
2016.12.03 / 21:32
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İraq konsulumuz azərbaycanlı körpəyə baş çəkdi

“Kremlin Qarabağ qambiti” – ABŞ mediası

Kremlin “ikinci erməni dövləti” layihəsi: Türk dövlətlərinə tələ

Nyu Yorkda Qarabağla bağlı bəyanat yayıldı

XİN-dən nazirlərin görüşü ilə bağlı bəyanat

Məmmədyarov - Nalbəndyan görüşü: Razılıq əldə olundu

Rusiya rəsmisindən Qarabağla bağlı önəmli açıqlama

Əflatun Amaşovdan mitinqlə bağlı - Açıqlama

Gültəkin Hacıbəylinin bu sözünü erməni KİV yaydı

Azərbaycan və Çin alimlərinin tədqiqat mərkəzləri yaradılır?

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla